Modern.az

“Laçın dəhlizi”nə çəkilən alternativ yolla bağlı rəsmi AÇIQLAMA - Tikinti başa çatır

“Laçın dəhlizi”nə çəkilən alternativ yolla bağlı rəsmi AÇIQLAMA - Tikinti başa çatır

21 İyun 2022, 14:01

“Laçın şəhərinə daxil olmadan “Laçın dəhlizi”nə alternativ olaraq çəkilən yolun tikintisi davam edir”.


Bunu Modern.az saytının sorğusuna cavab olaraq Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat katibi Anar Nəcəfli bildirib.
 

“Yolun uzunluğu 32 kilometrdir. Bu il ərzində tikinti tam başa çatacaq. İrəliləyən zamanlarda  tarixlə bağlı daha dəqiq məlumat veriləcək”,-deyə A.Nəcəfli bildirib.

Xatırladaq ki, yeni yolun inşası Rusiya, Ermənistan və Azərbaycan arasında imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatda öz əksini tapıb. Sənədə görə, Laçın şəhərindən yan keçən və Qarabağın dağlıq hissəsini Ermənistanla birləşdirən yeni yol üç il ərzində hazır olmalıdır.

Hazırda tikintisi sürətlə davam etdirlən "Laçın dəhlizi"nə alternativ olan bu yol iki hərəkət zolaqlı olacaq.
 

Yol hazır olandan sonra hazırda "Laçın dəhlizi"nə nəzarət edən Rusiya sülhməramlı kontingenti həmin marşruta yerləşdiriləcək. Nəticədə Laçın şəhəri, Zabux kəndi Azərbaycan Silahlı Qüvvələrinin nəzarətinə keçəcək.


Qeyd edək ki, Azərbaycan tərəfinin çəkdiyi yeni yol Ermənistanla sərhəddən - Gorusun Kornidzor kəndindən başlayır, Laçından yan keçərək Şuşa rayonunun Kiçik Qaladərəsi və Böyük Qaladərəsi kəndlərinədək uzanmaqla Turşsu kəndində mövcud magistralla kəsişəcək. Yeni yol Laçın rayonunun 6 kəndindən keçəcək.


Ermənilər yeni yolun açılışından sonra Laçın şəhərinin tamamilə Azərbaycanın nəzarətinə keçəcəyindən ciddi şəkildə narahatdırlar. Bu halda 30 ildir Laçın şəhərinin mərkəzində müvəqqəti məskunlaşmış ermənilərin oranı tərk etməsi də gerçəkləşəcək. Eyni zamanda, hazırda Zabuxda qanunsuz məskunlaşmış 50-dən çox erməni ailəsinin də oranı tərk edəcəyi gözlənilir.


Ermənistan KİV-lərinin yeni yolla bağlı yaydığı şəkil...

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Əskipara kəndinə getmək istəyən jurnalistlər belə saxlanıldı