Modern.az

İlham Əliyevdən Laçından yan keçən yolla bağlı AÇIQLAMA

İlham Əliyevdən Laçından yan keçən yolla bağlı AÇIQLAMA

5 Avqust 2022, 08:33

Üçtərəfli Bəyanatın müddəalarına uyğun olaraq Rusiya Müdafiə Nazirliyi ilə əldə olunmuş razılaşma nəticəsində Laçın dəhlizinə alternativ yeni yolun marşrutu müəyyən edilib və Azərbaycan tərəfindən bu yolun inşası başa çatdırılmaq üzrədir.

 

Modern.az-ın məlumatına görə, bunu Prezident İlham Əliyev Fransa Dövlət başçısı Emmanuel Makronla telefon danışığı zamanı bildirib.

 

Prezident qeyd edib ki, bu işlər yekunlaşan kimi 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanata əsasən Rusiya sülhməramlı qüvvələrinin həmin yola dislokasiya olunması nəzərdə tutulur.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu