Modern.az

Çin səfiri Zəngəzura GETDİ

Çin səfiri Zəngəzura GETDİ

26 Avqust 2022, 20:29

Çinin Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri Fan Yonq Zəngəzur bölgəsinə səfər edib.

 

Modern.az xəbər verir ki, bu barədə Zəngəzurdakı erməni rəsmiləri məlumat yayıb. Bildirilir ki, səfir Zəngəzur vilayətinin rəhbərinin müavini Hayk Harutyunyan və digər rəsmilərlə görüşüb.

 

Səfir Zəngəzura ilk səfəri çərçivəsində Çin şirkətlərini bölgəyə investisiya qoymağa çağırıb.

 

Qeyd edək ki, bundan əvvəl ABŞ, Rusiya, İran, Avropa İttifaqı, Britaniyanın Ermənistandakı səfirləri Zəngəzura səfər edib.

 

Akif İsmayılov

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Mehdiyevin şəbəkəsi İFŞA OLUNDU - 50 nəfərlik şok siyahı