Paşinyanla görüşən deputatların narahatlığı ARTDI

Paşinyanla görüşən deputatların narahatlığı ARTDI

29 Sentyabr 2022, 10:12

Ermənistanın baş naziri Nikol Paşinyan parlamentdəki hakim “Mülki müqavilə” fraksiyasının deputatları və hökumət üzvlərinin iştikarı ilə üç saatadək davam edən qapalı görüş keçirib.

Modern.az xəbər verir ki, “Joğovurd” qəzetinin məlumatına görə, iclasda xarici işlər naziri Ararat Mirzoyandan başqa hökumətin digər üzvləri iştirak edib. Nikol Paşinyan görüşün əvvəlində çıxış edib, sonra ona suallar verilib.


Qəzet yazır ki, iclasda Ermənistandakı vəziyyətlə bağlı çox açıq söhbət olub və Paşinyan heç nə gizlətməyib, mövcud durumu ətraflı şəkildə təqdim edib.

Qeyd edilir ki, deputatların hazırkı vəziyyətlə bağlı narahatlığı baş nazirin açıqlamalarından sonra daha da dərinləşib.

Ermənistan KİV-ləri görüşün təfərrüatları barədə geniş məlumat əldə edə bilməyib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukrayna Rusiya aerodromlarını vurdu