Modern.az

Zəngilanda digər kəndlərin də təməli qoyulacaq

Zəngilanda digər kəndlərin də təməli qoyulacaq

Qərbi Azərbaycan

6 Oktyabr 2022, 14:44

Zəngilanda digər kəndlərin təməlinin də qoyulması gözlənilir.

 

Modern.az-ın məlumatına görə, bunu Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıyev Bakıda keçirilən Azərbaycan Milli Şəhərsalma Forumunda deyib.

 

V.Hacıyev xatırladıb ki, bu ilin may ayının 28-də Zəngilanın Baş planı Prezident İlham Əliyevə təqdim olunub. Həmin baş plana əsasən sakinlər üçün kifayət qədər rahat şərait yaradılacaq.

 

O qeyd edib ki, Zəngilanda tikiləcək evlər kiçik mərtəbəli, müasir olacaq və smart konsepsiyasına əsaslanacaq.

 

“Ağalı kəndinə 66 ailə köçürülüb. Növbəti evlər hazır olduqdan sonra yenə də ailələr köçürüləcək. Digər kəndlərin təməlinin də qoyulması gözlənilir və bu işlər mərhələli şəkildə həyata keçirilir”, - deyə o qeyd edib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü