Modern.az

Soçidə Zəngəzur dəhlizi də müzakirə olunub - RƏSMİ

Soçidə Zəngəzur dəhlizi də müzakirə olunub - RƏSMİ

2 Noyabr 2022, 15:56

Soçi şəhərində keçirilən görüşdə Azərbaycanın əsas hissəsini Naxçıvanla birləşdirəcək Zəngəzur dəhlizinin açılması məsələsi müzakirə olunub.

 

Modern.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi ənənəvi brifinqdə bildirib.

 

“Cənubi Qafqazda nəqliyyat əlaqələrinin açılması problematikası Soçidə keçirilən sammitdə müzakirə olunub. Bu məsələ üç ölkənin Baş nazirlərinin müavinlərinin birgə sədrlik etdiyi Üçtərəfli İşçi Qrup çərçivəsində davam etdiriləcək", - deyə Zaxarova vurğulayıb.

 

Qeyd edək ki, oktyabrın 31-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rusiya Federasiyasının Prezidenti Vladimir Putin və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan ilə görüşü olub. Görüş Rusiyanın Soçi şəhərində baş tutub. İki saatdan artıq davam edən danışıqlardan sonra liderlər tərəfindən birgə bəyanat qəbul edilib. Sənəddə Qarabağla bağlı bir söz belə yer almayıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu