Modern.az

Yüklərin Zəngəzurdan daşınması daha ucuz başa gələcək

Yüklərin Zəngəzurdan daşınması daha ucuz başa gələcək

14 Noyabr 2022, 14:32

Zəngəzur dəhlizinin açılması Çindən Azərbaycana və region ölkələrinə dənizlə gələn yüklərin vaxt baxımından 2 həftə daha tez çatması deməkdir.

 

Modern.az xəbər verir ki, bunu "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" QSC-nin Strateji planlaşdırma və inkişaf departamentinin müdiri Xudayar Həsənli deyib.

 

X.Həsənli bildirib ki, bu, vaxta qənaət etməklə yanaşı, qiymətlərə də təsir edəcək:

 

"Sahibkarlar bununla daha çox gəlir əldə edəcək. Gürcüstan limanlarının qiyməti bahadır və alternativi yoxdur. Türkiyənin Mersin limanı üzərindən yüklər Zəngəzur dəhlizi ilə daşınsa, bu, ikiqat ucuz başa gələcək. Eyni zamanda sərhəd-keçid məntəqəsinin olmaması da vaxta və xərcə təsir edəcək".

 

Departament müdirinin sözlərinə görə, qlobal logistikada olduğu kimi regional daşınmada da Zəngəzur dəhlizi vaxt və xərc baxımından önəmlidir:

 

"Türkiyədən gələn TIR-lər Naxçıvandan Zəngəzur dəhlizi ilə Bakı limanına və oradan Asiyaya, eyni zamanda əksinə daha az vaxtda gedəcək və xərc də aşağı olacaq. Zəngəzur dəhlizi eyni zamanda Orta Asiya ölkələrinin gübrə məhsullarının daşınması baxımından da əhəmiyyətlidir".

Twitter
Sizə yeni tvit var
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi