Putin İrəvanda etiraz aksiyası ilə qarşılana bilər

Putin İrəvanda etiraz aksiyası ilə qarşılana bilər

Zəngəzur

16 Noyabr 2022, 14:16

Rusiya prezidenti Vladimir Putinin Ermənistana səfərinin noyabrın 22-də gerçəkləşəcəyi gözlənilir. Putin Kollektiv Təhlükəsizlik Şurasının noyabrın 23-də İrəvanda keçiriləcək iclasında iştirak edəcək. Ermənistana KTMT-yə üzv olan digər dövlətlərin rəhbərləri də gələcək.

Rusiya prezidenti sonuncu dəfə Ermənistanda 2019-cu ildə İranın o zamankı prezidenti Həsən Ruhaninin də iştirak etdiyi Avrasiya İqtisadi İttifaqı sammiti çərçivəsində olub.

Modern.az-ın məlumatına görə, “Hraparak” qəzeti Ermənistanın anti-Rusiya dairələrinin Putinin səfəri zamanı etiraz aksiyaları keçirməyi planlaşdırdığını yazıb.

Ermənistanın bəzi siyasi dairələri KTMT-nin İrəvan sammiti zamanı bu ölkəyə yönəlik müsbət qərarlar qəbul ediləcəyinə ümid bəsləyir.

“Güman olunur ki, hər ehtimala qarşı müəyyən ermənipərəst addımlar atılacaq: birincisi, Putinin səfərini müəyyən mənada dəyərli etmək, ikincisi, istənilən halda KTMT-nin reputasiyasını xilas etmək, üçüncüsü, Ermənistanda kifayət qədər fəallaşan anti-Rusiya əhval-ruhiyyəsi yumşaltmaq.
Əgər, məsələn, Putinin səfərindən və KTMT sammitindən sonra İrəvanın bu qurumda qaldırdığı “ağrılı məsələlər”lə bağlı heç nə dəyişməzsə, o zaman Ermənistandakı anti-Rusiya və ya anti-Putin əhval-ruhiyyəsinin tamamilə haqlı olduğunu açıq şəkildə demək olar”, - qəzet yazır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
DTX-nin “Naxçıvan əməliyyatı”: 144 milyon daha kimləri “aparacaq”?