Modern.az

Balasanyan Paşinyanı yalan danışmaqda ittiham etdi

Balasanyan Paşinyanı yalan danışmaqda ittiham etdi

Qərbi Azərbaycan

22 Noyabr 2022, 15:27

Qarabağdakı erməni separatçılarının qondarma “Təhlükəsizlik Şurasının katibi” Vitali Balasanyan Ermənistanın baş naziri Nikol Paşinyanı yalan danışmaqda ittiham edib.

Modern.az "Hraparak"a istinadən xəbər verir ki, bu barədə Balasanyanın açıqlamasında deyilir.

V.Balasanyan deyib ki, Xankəndidəki separatçılar İrəvana “Artsaxın müdafiə ordusu”nun ləğvi və müdafiə hissələrinin yaradılması barədə təklif verilməyib.

Halbuki, bu il noyabrın 10-da Ermənistan hökumətinin iclası zamanı Nikol Paşinyan “Artsaxın müdafiə ordusu”nun buraxılması məsələsi ilə bağlı Qarabağ ermənilərindən təklif aldıqlarını demişdi:

“Oktyabrın 31-də üçtərəfli görüş zamanı Soçidə mən “Dağlıq Qarabağ hakimiyyəti”nin təklifini təqdim etdim. Yəni “Dağlıq Qarabağ” ətrafında beynəlxalq təminatlarla silahsızlaşdırılmış zona yaratsaq, nəticədə belə miqyasda “Artsaxın müdafiə ordusu”na ehtiyacı qalmaya bilər”.


Vitali Balasanyan isə deyib ki, onlar heç vaxt Ermənistan hakimiyyətinə nə yazılı, nə də şifahi şəkildə belə təklif verməyiblər.


"“Artsaxın müdafiə ordusu” buraxılmayacaq. Əksinə, “ordu”nun müasir şəraitə uyğunlaşdırılması üçün struktur dəyişiklikləri aparılır. “Artsaxın dövlət orqanları” belə bir təkliflə çıxış etməyib”, - deyə Balasnyan Paşinyana cavab olaraq bildirib.

O deyib ki, Qarabağdakı separatçılar qanunsuz silahlı birləşmələri nəyin bahasına olursa olsun qoruyub saxlamaq, onları həm insan, həm də texniki cəhətdən müasir vasitələrlə təchiz etmək və döyüş tapşırıqlarını yerinə yetirən silahlı qüvvələrə çevirməkdə israrlıdır.

Whatsapp
Bizə yazın!
Keçid et
President göndərdi - İlk güllə atılsa, qaçacaqlar