ATƏT PA-da Zəngəzur dəhlizindən danışıldı: Unikal layihədir

ATƏT PA-da Zəngəzur dəhlizindən danışıldı: Unikal layihədir

Zəngəzur

24 Noyabr 2022, 22:49

Bu gün ATƏT PA-nın Varşavada keçirilən payız sessiyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri Azay Quliyev çıxış edib.

 

Modern.az xəbər verir ki, deputat Ukrayna böhranın ATƏT regionda iqtisadi, enerji, ətraf mühüt, qida təhlükəsizliyi, inflyasiya və beynəlxalq nəqliyyat kommunikasiyalarına yaratdığı fəsadlardan danışıb.

 

“Azərbaycan indiki çətin vəziyyətdə Avropanı enerji ilə təminatı üçün çox ciddi rol oynayır. Bu yaxınlarda Avropa İttifaqı ilə Azərbaycan arasında imzalanan anlaşma memorandumuna əsasən ölkəmiz Avropaya təbii qaz tədarükünü iki dəfə artıracaq. Bu həcmin 20 milyard kubmetrə yüksələcəyi gözlənilir.

 

Bundan başqa, Azərbaycan beynəlxalq nəqliyyat dəhlizlərinin şaxələndirilməsi və inkişafında da açar rola malikdir. Azərbaycan Orta Dəhlizin potensialının artılrılması üçün vacib addımlar atır. 

 

Bu addımlar sırasında Ermənistandan keçən Zəngəzur koridorununn yaradılması təşəbbüsünü xüsusilə qeyd etmək lazımdır. Ermənistan Zəngəzur koridorunun açılmasına mane olmamalı, əksinə ona dəstək verməlidir. Çünki, bu, Asiya ilə Avropanı daha qısa yolla birləşdirəcək unikal layihədir. Zəngəzur koridorunun açılmasında regionun bütün ölkələri faydalanacaq”, - Azay Quliyev çıxışında deyib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
DTX-nin “Naxçıvan əməliyyatı”: 144 milyon daha kimləri “aparacaq”?