Modern.az

İrəvan Bakıdan sülh müqaviləsi təklifinə cavab alıb

İrəvan Bakıdan sülh müqaviləsi təklifinə cavab alıb

28 Noyabr 2022, 17:50

Ermənistan Azərbaycandan sülh müqaviləsi bağlamaq təkliflərinə cavab alıb.

Modern.az xəbər verir ki, bu barədə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan “Armenpress” agentliyinə müsahibəsində bildirib.


Onun sözlərinə görə, təkliflər hələ noyabrın 7-də iki ölkənin xarici işlər nazirlərinin Vaşinqtonda keçirilən görüşündə verilib. Noyabrın 25-də Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi bəyan edib ki, İrəvan hələ də cavab almayıb.


"Bildiyiniz kimi, biz Azərbaycana münasibətlərin normallaşdırılması ilə bağlı təkliflərimizi və ya sülh müqaviləsi layihəsini təqdim etmişik və yalnız bir gün əvvəl onların cavablarını almışıq. Ona görə də müzakirələr davam edir", - Mirzoyan bildirib.
 

O deyib ki, erməni tərəfi tezliklə konsensusa nail olmağa ümid edir və beynəlxalq tərəfdaşların vasitəçilik səyləri də bu prosesdə mühüm rol oynaya bilər.
 

Xarici işlər naziri qeyd edib ki, İrəvan bir daha məqbul vaxt çərçivəsində iki ölkə liderlərinin görüşünü təşkil etməyə hazır olduğunu bildirir.
 

Mirzoyan əlavə edib ki, oktyabrın əvvəlində Praqada keçirilən danışıqlarda növbəti görüşün keçirilməsi barədə razılıq əldə olunub. O bildirib ki, Ermənistan tərəfi bu razılaşmaya sadiqdir və həm də münasibətlərin normallaşmasında maraqlıdır.
 

Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev bundan əvvəl Ermənistanın Baş naziri Nikol Paşinyanla dekabrın 7-nə planlaşdırılan görüşdən imtina etmişdi. Azərbaycan liderinin sözlərinə görə, erməni tərəfi Fransa Prezidenti Emmanuel Makronun iştirakında israr edib, ona görə də o, danışıqlara getməyəcək.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
BAKI TƏSDİQLƏDİ - Sülhməramlılar Qarabağdan belə çıxarıldı