Tofiq Zülfüqarov “Laçın dəhlizi”nin bağlanmasını istəmir - SƏBƏB

Tofiq Zülfüqarov “Laçın dəhlizi”nin bağlanmasını istəmir - SƏBƏB

Qərbi Azərbaycan

30 Noyabr 2022, 12:26

Sabiq xarici işlər naziri Tofiq Zülfüqarov “Laçın dəhlizi”nin bağlanmasını tələb edənləri populist çıxış etməkdə qınayıb.


Modern.az xəbər verir ki, T.Zülfüqarovun sözlərinə görə, belə bir tələb irəli sürmək Azərbaycanın əleyhdarlarının əlinə oynamaqdır.

Eks-nazir deyib ki, “Laçın dəhlizi”ndən qanunlarımıza zidd fəaliyyət göstərməyənlər, o cümlədən humanitar təmaslar maneəsiz şəkildə davam etməlidir.

T.Zülfüqrovun sözlərinə görə, “Laçın dəhlizi”ndə sülhməramlıların postları ilə yanaşı, nəzarəti təmin etmək üçün Azərbaycanın sərhəd, gömrük və fitosanitar xidmət postları qurulmalıdır.
 

“Bu, funksiyaları ayırmağa imkan verəcək. Azərbaycanın dövlət strukturları sərhədlə bağlı qanunun tələblərinə uyğun fəaliyyət göstərəcək, Rusiya sülhməramlıları isə 10 noyabr bəyanatının müvafiq öhdəliklərinə uyğun təhlükəsizliyi təmin etməkdə davam edəcəklər. Belə yanaşma problemin həlli üçün münaqişəsiz dəyişimləri təmin edəcək, düşmənlərimizin əlindən əks-təbliğat arqumentlərini alacaq”, - T.Zülfüqarov deyib.

Sabiq nazirin fikrincə, “Laçın dəhlizi”ndə təxribatların qarşısını almaq üçün bizim postların fəaliyyəti onlayn qaydada yayımlana bilər.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Vəziyyət qızışır, fevralın 24-də nəsə olacaq