Paşinyan və xanımına 5 yeni bahalı maşın ALINDI

Paşinyan və xanımına 5 yeni bahalı maşın ALINDI

Qərbi Azərbaycan

6 Dekabr 2022, 10:22

Ermənistanın baş naziri Nikol Paşinyan üçün dövlət büdcəsi hesabına 5 yeni yolsuzluq avtomobili alınıb.

Modern.az xəbər verir ki,bu barədə “Hraparak” hökumətdəki mənbələrə istinadən yazıb.

Qeyd edilib ki, avtomobillərin alınması barədə məlumat rəsmən dərc olunmayıb, çünki onlar Milli Təhlükəsizlik Xidmətinin məxfi qərarı ilə əldə edilib. Maşınlar Paşinyana və ailəsinə xidmət etmək üçün Milli Təhlükəsizlik Xidmətinə verilib.

Məlumata görə, həmin avtomobillərdən 4-ü “Toyota Land Cruiser 300” modelidir, hər birinin qiyməti təxminən 100 min dollardır. 5-ci maşın isə qiyməti 130-150 min dollar olan dizel mühərrikli “Lexus LX500” lüks yolsuzluq avtomobilidir.

Yeni alınmış avtomobillərə dövlət büdcəsindən ümumilikdə 500 min dollardan çox vəsait ödənilib.

“Toyota”lar Paşinyanı müşayiət edəcək, yəni onları hazırda “Toyota Land Cruiser 200”lərdə hərəkət edən təhlükəsizlik işçiləri idarə edəcəklər.

“Lexus LX” isə Paşinyanın həyat yoldaşı Anna Akopyana xidmət edəcək.

Qeyd olunur ki, hazırda Paşinyanın həyat yoldaşına kifayət qədər yeni və dəbdəbəli yolsuzluq avtomobili “Lexus GX460” xidmət göstərir.

“Lakin yəqin ki, büdcə hesabına daha yüksək sinif və ən son nəsil “Lexus LX” sifariş edərək onun maşınını yeniləmək qərarına gəliblər”, - “Hraparak” yazıb.


Məlumatlara görə, yeni alınan yolsuzluq avtomobilləri hazırda müəyyən texniki baxışdan keçir və tezliklə istifadəyə veriləcək.

“Hraparak” xatırladıb ki, təxminən bir il əvvəl Paşinyan üçün daha 2 yeni avtomobil alınıb, biri zirehli “Lexus LX570” yolsuzluq avtomobilidir (qiyməti: təxminən 250 min dollar). Paşinyan məhz  həmin maşınla hərəkət edir, əsasən də bölgələrə səyahət edərkən ona minir. İki il əvvəl alınan digəri maşın isə baş nazirin cangüdənləri üçün nəzərdə tutulmuş “Toyota Hiace”dir.

Ermənistanın Milli Təhlükəsizlik Xidməti məlumatı nə təsdiq, nə də təkzib edib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İran rejiminin soydaşlarımıza qarşı QƏTLİAM PLANI