Modern.az

Balasanyanın “Laçın dəhlizi” ilə bağlı etirafı - Azərbaycanın nəzarəti güclənir

Balasanyanın “Laçın dəhlizi” ilə bağlı etirafı - Azərbaycanın nəzarəti güclənir

7 Dekabr 2022, 10:50

Qarabağ separatçılarının qondarma “Təhlükəsizlik Şurasının katibi” Vitali Balasanyan Ermənistan mediasının ittihamlarına tuş gəlib.  

Modern.az-ın məlumatına görə, buna Balasanyanın “Laçın dəhlizi”ndə gömrük postunun quraşdırılmayacağını bəyan etməsi səbəb olub. Ermənistan mediası onu yalan danışmaqda və həqiqətləri gizlətməkdə suçlayıb.

Erməni mətbuatı Qarabağdakı Rusiya sülhməramlılarının komandanı, general-mayor Andrey Volkovun Azərbaycan mediasına açıqlamasından sitat gətirib. Volkov həmin açıqlamasında “Laçın dəhlizi”nə girişdə mini gömrük postunun quraşdırılacağını, bunula bağlı Azərbaycan tərəfi ilə razılaşma olduğunu bildirmişdi.

Vitali Balasanyan isə deyib ki, söhbət gömrük postunun quraşdırılmasından deyil, Rusiya sülhməramlılarının postunda rentgen skaner cihazlarının tətbiqindən gedir. O, bu məsələnin hələlik yalnız müzakirə mövzusu olduğunu söyləyib. V.Balasanyan gələcəkdə sülhməramlıların nəzarət-buraxılış məntəqəsində bu cür cihazlardan istifadəni istisna etməyib.

“Hraparak” qəzeti yazıb ki, əslində həqiqət başqa cürdür: belə ki, azərbaycanlılar onlayn rejimdə Qarabağa daxil olan avtomobillərin sərnişinlərinə və baqajlarının içinə nəzarət edə biləcəklər. Bu isə onların ruslarla birlikdə “Laçın dəhlizi”nə nəzarət etməsi demək olacaq.

“Məlumat var ki, Rusiya sülhməramlılarının komandanı Volkovun bir gün əvvəl Balasanyanla uzun-uzadı söhbəti olub və Qarabağ separatçıları arasında anti-Rusiya səs-küyü yaratmamaq üçün hələlik bu razılaşmalar faktını gizlətməyə qərar veriblər”, - deyə qəzet yazıb.

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir