19 yanvar 2019, Şənbə
Ana Səhifə - ƏDƏBİYYAT - Azərbaycan türklərinin son imperiyasi: Qacarlar dövləti - XV YAZI
Azərbaycan türklərinin son imperiyasi: Qacarlar dövləti - XV YAZI
11.11.2016, 15:09

Dos., Dr. Faiq Qəzənfəroğlu

 

Qacarların sonuncu hökmdarı Əhməd şah Qacarın hakimiyyət illəri (1909-1925) demək olar ki, formal xarakter daşımışdır. Bu, onun yalnız erkən yaşlarda  Qacarların şahlıq taxtına oturmasıyla bağlı deyildir. Əsas məsələ 1909-cu ildə yayında Məhəmməd Əli şah Qacarı hakimiyyətdən uzaqlaşdıran farsdilli “İrançı”ların dövlətin bütün strukturlarında, özəlliklə də II məşrutiyyət (İran-Fars) dövründə parlamentdə hakim mövqe tutması idi. Artıq farsdilli “İrançı”lar əsas istəklərinə böyük ölçüdə çataraq Qacarlar dövlətində əsas söz sahibi olmağı bacarmışdırlar. Belə ki, Qacarlar dövlətinin başçısı Əhməd şah Qacar “məşrutiyyət” adı altında farsdilli “İrançı”ların iradəsinə tabe etdirilmişdir. Şübhəsiz, əsil mahiyyətinə varmadan bəzi Türk aydınlarının da II məşrutiyyətə (İran-Fars) dəstək vermələri Qacarlardakı Türk əhalini, o cümlədən Azərbaycan türklərini çaşqın durumda buraxmışdır.

1-ci dünya müharibəsinin son illərinə (1917-1918) qədər Qacarlarda ciddi bir dəyişiklik baş vermədi ki, hakimiyyət hələ də, farsdilli “İrançı”ların əlində qalmaqda idi. Sadəcə, Əhməd şah Qacar yaşca bir qədər böyüyərək öz iradəsini baş nazirə və farsdilli irançıların  nəzarəti altında olan Parlamentə çatdırmaq istəsə də, demək olar ki, ciddi bir uğur əldə edə bilmirdi. Üstəlik, xalq ölkədə baş verən bütün uğursuzluqlara görə onu Parlamentdən ya da baş nazirdən az günahkar hesab etmirdilər. Özəlliklə, türklər o cümlədən Azərbaycan türkləri artıq Əhməd şah Qacara, ümumiyyətlə Qacarlar dövlətinə etibar etmir, Parlamenti idarə edən farsdilli irançıların bütün əməllərini də onun adına çıxırdılar. Bununla da, farsdilli irançılar çoxdan hədəflədikləri əsas istəklərinə xeyli dərcədə yaxınlaşaraq Qacarlarla Türk əhalisi, o cümlədən Türk aydınları arasında böyük bir uçurum yaratmağı bacarmışdılar. Artıq Türk əhalisi, özəlliklə Azərbaycan türkləri və onun qabaqcıl şəxsləri Qacarların taxtdan salınmasını farsdilli irançılardan daha çox istəyirdilər.

Ən acınacaqlısı odur ki, həmin dövrdə dünənə qədər Qacarların paytaxtı olan Tehran yalnlz siyasi durumuna görə deyil, eyni zamanda etnik anlamda da Türk ruhundan uzaqlaşdırılaraq “İran” ya da “fars” şəhərinə çevrilmişdir. Başqa sözlə, artıq Əhməd şah Qacarın dövründən etibarən Türklər Tehranı farsdilli irançılara uduzaraq  ümid, istinadgah yeri kimi yalnız Təbrizi seçmişdilər. Bununla da, əslində türklər Pəhləvilər hakimiyyətə gətirilməmişdən öncə, yəni Qacarların son dönəmində de-fakto ağalıqlarını farsdilli irançılara vermiş oldular. Bir sözlə, 1909-cu ildən sonra Qacarlarda siyasi duruma görə Parlamentdə, Paytaxtda-Tehranda, Orduda və Mətbuatda əsasən farsdilli irançılar hökmran idilər.

Beləliklə, 1-ci Dünya müharibəsi dövründə  II məşrutiyyətçilərin (İran-Fars) əsil simaları üzə çıxmışdır ki, özəlliklə onların “Ariyaçılıq” ideolojisiylə Qacarlar dövlətini Almaniyanın yedək halına gətimək istəyi, eyni zamanda türkləri aşağılamaq siyasəti  nəticəsində Azərbaycan türkləri Səttarxandan sonra mübarizənin ikinci mərhələsinə başladılar. Bu dəfə Azərbaycan türklərinin başında hələ, 1905-1911-ci illərdə Qacarlarda baş vermiş I məşrutə (Türk-Azərbaycan) hərəkatında mühüm rol oynayaraq Təbriz Əncüməninin və Şura Məclisinin vəkili olmuş Şeyx Məhəmməd Xiyabani (1879/80-1920) dayanırdı. «Təcəddüd» («Yeniləşmə») qəzetində azadlıq, bərabərlik və yeniləşmə ideyalarını təbliğ edən Xiyabani hesab edirdi ki, müsəlmanlar müasir dünyada yeni mədəniyyət yaratmaq, ya heç olmasa istər-istəməz meydana gələcək bir mədəniyyətin yaranmasında fəal iştirak etməkdə öz layiqli borcunu yerinə yetirmək üçün iki əsas işdə səy göstərməsi zəruridir: bunlardan biri ağıl və təfəkkür, digəri isə səbat və həmrəylikdir. Xiyabaniyə görə, məhz Azərbaycan türkləri əsrlərboyu həmişə zülmə və ədalətsizliyə qarşı bir dirəniş, yenilikçilik mərkəzi olmuşdur. Hazırda da Azərbaycan öz simasını qoruyaraq azadlıq, ədalətlilik və yenilkçilik simvolu olmalı, Tehranda hakimiyyəti ələ almış irançı “məşrutəçilər”in yalançı, ikiüzlü əməllərinə “dur” deməlidir. Xiyabani “Azərbaycan” adlı məqaləsində yazırdı: «Bu gün Tehranın gözü Azərbaycanın parçalanmış vücuduna dikilmişdir. Dodaqlardan eşidilən kəlimələrdə, qələmlərin yazdığı sözlərdə təqdir səsləri və təhsin nəvaları eşidilməkdədir. Lakin, ey qeyrətli Azərbaycan, ey Vətən məftunlarının istiqamətli övladları, ey azadlığın qorxu bilməyən qəhrəmanı, ey təriflərə möhtacı olmayan Azərbaycan!.. Ey Azərbaycan! Bütün bu təqdir və təqdislər sənin verdiyin şəhidlərin qanı bahasıdır».

 Xiyabani Azərbaycanın başdan-ayağa yaralanmasını və parçalanmasını dərk etdiyini, ancaq bunun belə davam etməsi ilə razılaşmadığını bildirirdi. Tərsinə, o, bu ağrı-acılara son verərək başını dik tutmağa və yenidən milli azadlığa can atmağa çağırırdı. Xiyabani hesab edirdi ki, Azərbaycan yeniləşmə və təkamül yolunun yeganə yolçusudur. Bu mənada, onu heç bir çətinlik, imtahan qorxutmamalıdır. Bu sınaqdan da üzü ağ çıxmalıdır. Xiyabani yazırdı: «Əgər sən həmin inqilab və mübarizənin vücuduna maddi qüvvə vermiş demokratik Azərbaycansansa, əgər məşrutənin xəmrini yoğurmuş və bərikitmiş qan sənin damaralarında axırsa, vətəndə gedən islah və təmir dövrəsinə hazır olub, özündə səy və çalışqanlıq taparsan».

Xiyabani Azərbaycan türkcəsinin inkişafına xüsusi diqqət yetirir, bir lider kimi bütün çıxışlarını Azərbaycan türkcəsində edir, bir növ başqalarına da örnək olurdu. Onun məqsədi türk dilinin nüfuzunu qoruyub saxlamaq, yəni farslaşdırma siyasətindən uzaqlaşdırmaq idi. Ona görə də, Xiyabani Azərbaycan Demokrat Firqəsinin (ADF) yığıncaqlarında türk dilində danışır və başqalarını da buna məcbur edirdi. Ancaq türk olmalarına baxmayaraq Əhməd Kəsrəvi, Həsən Tağızadə kimi iranpərəstlər tapılırdı ki, türk dilinin inkişafına qarşı çıxırdı. Onlar Xiyabaninin bir müddət həbsdə olmasından istifadə edərək partiya iclaslarını fars dilində aparır, Azərbaycanda fars dilini inkişaf etdiriməyə çalşırdılar. Xiyabani həbsdən çıxdıqdan sonra onların bu əməllərinə ciddi şəkildə etiraz etmişdir.

1920-ci ilin aprelin 7-də Cənubi Azərbaycanda Xiyabaninin başçılığı ilə Təbrizdə «Azadistan» adlı milli hökumət yaradıldı. O, xalqa müraciətində deyirdi:  “Milli ruhlu, milli əqidəli elə bir hökumət qurmaq istəyirik ki, onu milli hökumət adlandırmaq mümkün olsun. İstiqlaliyyət və azadlıq təntənəsi tam və mükəmməl şəkildə zəfər çalsın. Bu fikir və baxışları geniş xalq kütləsini çatdırmaq və yaymaq bir fikir adamı olan hər ziyalının müqəddəs borcu və vəzifəsidir». Xiyabaninin başçılıq etdiyi milli hökumətin “Azadistan” adlanmasına səbəb də, böyük ölçüdə Azərbaycan Cümhuriyyətinin varlığı və Qacarlarda Azərbaycanın azadlıq, məşrutə uğrunda apardığı mücadilə mühüm rol oynamışdı.

Azərbaycan Cümhuriyyətini işğal edən Sovet Rusiyasına və onun nəzarəti altına yaradılan Sovet Azərbaycanına məsafəli duran Xiyabani, bolşeviklər Qacarlara müdaxilə edəcəkləri təqdirdə Azərbaycanın sonuncu adamına qədər müdaxiləçilər əleyihnə döyüşəcəyini bəyan etmişdir. Şübhəsiz, Xiyabaninin bu qənaətə gəlməsinəə səbəb çar Rusiyasının varisi olan Sovet Rusiyasının Azərbaycan Cümhuriyyətini işğal etməsiylə yanaşı, daima Türklərə qarşı tutduqları düşmən münasibətlər mühüm rol oynamışdır. Unutmaq olmaz ki, Səttarxan hərəkatı kimi, Xiyabani hərəkatının məhv edilməsində də Tehran hökuməti keçmiş çar Rusiyasına məxsus Kazak alayından istifadə etmişdir.

Beləliklə, farsdilli irançıların əlində olan Parlament ya da Tehran hökuməti Səttarxanın I məşrutəni (Türk-Azərbaycan) qorumaq üçün başladığı hərəkatı məhv etdikləri kimi, Xiyabaninin Təbrizdə başlayan yeniləşmə və milli hərəkatını aradan qaldırmaq üçün hərəkətə keçdilər. O zaman Səttarxanın I məşrutəni (Türk-Azərbaycan) qoruma hərəkatını Məhəmməd Əli şah Qacarın əliylə məhv edən farsdilli irançılar bu dəfə Azərbaycan valisi Eynəddövləyi ortaya atdılar. “Mən qoca vaxtımda əllərimi xalq qanı ilə boyamaq istəmirəm” deyən,- Eynəddövlənin bundan imtina etməsiylə farsdilli irançıların təsiri altında olan Tehran hökumətinin baş nazirləri (Vüsuqöddövlə, Müşirəddövlə) Azərbaycanın yeni valisi Müxbirəssəltənənin əliylə bunu həyata keçirdilər. Belə ki, Xiyabaninin milli hökuməti 1920-ci ilin sentyabrın 12-də devrildi və özü də Təbrizdə gedən döyüşdə şəhid oldu. Onun şəhid olmazdan öncə dediyi son sözü belə olmuşudr: «Şərəfli ölüm, şərəfsiz yaşamaqdan yaxşıdır!».

Çox yazıqlar olsun ki, bu olaylar baş verərkən Əhməd şah Qacar əsasən, bütün bunlardan kənarda qalmışdır. Üstəlik, onun formal ağalığı dövrünün son illərində ingilislər onu yeni bir oyuna gətirmək istəmişlər. Belə ki, İngiltərə 1918-1919-cu illərdə Sovet Rusiyası əleyhinə “antikommunist koalsiya” yaradırdı ki, bu  məsələyə Qacarları da daxil etmək niyyətində idi. Ancaq Əhməd şah Qacar ingilislərin bütün təzyiqlərinə baxmayaraq, Qacarların Sovet Rusiyasına qarşı “antikommunist ölkə” olması oyununa qarşı çıxmış, əslində  dövlətin İngiltərənin vassalı olması paktına qol atmaqdan imtina etmişdir. Əhməd şah Qacar ingilislərə açıq şəkildə deyirdi ki: “Kimə pul-para dağıdırsınızsa anlaşmayı da ona imzalatdırın, mənim imzalamam söz mövzusu değil. Yoxsul ölkəmi satmaqdansa, İsveçrədə göy-göyərti satmağa hazıram”. Onun bu sözündən sonra ingilislər Qacarları, o cümlədən Əhməd şah Qacarı tarix səhnəsindən silib onların yerinə farsmənşəli birisinə taxta çıxartmaq qərar verdilər ki, həmin dövrdə onların bu siyasətini həyata keçirməsi üçün yarıfars mənşəli Pza Mirpənc Pəhləvi adlı birisinin “inqilab” etməsi uyğun görüldü. Belə ki, ingilislərin göstərişiylə Qacarlar dövlətinin şimaldakı Kazak süvarilərinin komandiri Rza Mirpənc 1920-ci ildə Tehranda hakimiyyəti ələ keçirərək ingilis yanlısı Seyyid  Ziyaəddin Təbətabaini baş nazir etdi. O da, öz növbəsində Əhməd şahın adından Rza Mirpənc Kazaka baş sərkərdə ünvanını verdi.

Bununla da, ingilislər ruslarla birlikdə 1909-cu ildə Qacarlara çox ciddi bir zərbə vuraraq Məhəmməd Əli şah Qacarı hakimiyyətdən uzaqlaşdırıb farsdilli irançıların əliylə ikinci məşrutiyyəti ortaya qoyduqları kimi, 1925-ci ildə də Rza Mirpəncin əliylə Qacarların qanuni hakimiyyətinə son verib, saxta yollarla 1926-cı ildə onu “şah” seçməklə nöqtəni qoyular. Bütün bunların qeyri-qanunu ya da oğurluqla baş verməsini iddia edən Məhəmməd Əli şahın bacısı, Əhməd şahın xalası Fahrüs-Səltənənin bu suçlamalarına cavab olaraq ingilislərin oyuncaq “şah”ı Rza Mirpənc demişdir: “Xanım, mәn Qacarın tacını oğurlamadım: tac düşmüşdü küçәyә, onu götürüb qoydum öz başıma”. Azərbaycan Milli Hökumətinin qurucusu Seyid Cəfəri Pişəvəri də 1945-ci ildə yazırdı ki, Rza Mirpənc qeyri-qanuni şəkildə Qacarlar taxtında otuzdurlmuşdur: “Qanun əsasının maddələrindən bir çoxu bu axırıncı 25 il içərisində dəyişilmişdir. Məsələn, Rza şah Qacar ailəsinin şahlığına aid olan maddəni ləğv edərək onun yerinə öz padişahlığını yerləşdirmişdir”.

Pəhləvilərin Qacarların yerinə qanunsuz olaraq ingilis-amerikanların oyuncağı kimi, 1925-ci ildə hakimiyyətə hansı yollarla gəlməsi və 1979-cu ilə qədər bunu necə sürdürmələri haqqında başqa yazılarımızda geniş yazacağımız üçün burada yalnız onu deyə bilərik ki, Azərbaycan türklərinin milli davası həmin dövrdə də sonuna qədər davam etmişdir. Özəlliklə, xarici müdaxilələr nəticəsində Qacarların 1925-ci ildə formal hakimiyyətinə son qoyulsa da, ancaq Qacarların ya da başqa bir Türk sülaləsinin yenidən hakimiyyətini bərpa etmələrinin qüvvədə qalmasına zərrə qədər şübhə etmirik.

Son.


xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
“Dinc əhaliyə divan tutuldu” – Rövşən Rzayev
19.01.2019, 17:30

“Dinc əhaliyə divan tutuldu” – Rövşən Rzayev

Milli Şuranın mitinqində 2800 nəfər iştirak edib – RƏSMİ
19.01.2019, 17:19

Milli Şuranın mitinqində 2800 nəfər iştirak edib – RƏSMİ

Məcburi köçkün uşaqları üçün seçimlər başa çatıb
19.01.2019, 17:16

Məcburi köçkün uşaqları üçün seçimlər başa çatıb

Kooperasiya Universitetində 20 Yanvar şəhidləri anıldı
19.01.2019, 17:14

Kooperasiya Universitetində 20 Yanvar şəhidləri anıldı

Zimbabve Prezidentinin Azərbaycan səfəri başa çatdı
19.01.2019, 16:47

Zimbabve Prezidentinin Azərbaycan səfəri başa çatdı

“Avropa Parlamentinin son qətnaməsi ikrah doğurur”
19.01.2019, 16:42

“Avropa Parlamentinin son qətnaməsi ikrah doğurur”

“20 Yanvar əsasında müstəqilliyimiz möhkəmləndi” - MirHəsən Seyidov
19.01.2019, 16:32

“20 Yanvar əsasında müstəqilliyimiz möhkəmləndi” - MirHəsən Seyidov

“Dövlətqaçqınkom”un 100-ə yaxın əməkdaşı qan verdi
19.01.2019, 16:27

“Dövlətqaçqınkom”un 100-ə yaxın əməkdaşı qan verdi

Deputat və professor Modern.az-ın Nəsimi ilə bağlı addımını yüksək QİYMƏTLƏNDİRDİ   
19.01.2019, 15:55

Deputat və professor Modern.az-ın Nəsimi ilə bağlı addımını yüksək QİYMƏTLƏNDİRDİ  

8 Olimpiya mükafatçısı Bakıda çıxış edəcək – İLK DƏFƏ
19.01.2019, 15:32

8 Olimpiya mükafatçısı Bakıda çıxış edəcək – İLK DƏFƏ

Biləcəri sakinləri “Güllə Yağışı”nın önünə toplandı
19.01.2019, 15:11

Biləcəri sakinləri “Güllə Yağışı”nın önünə toplandı

UNEC-də hər bir tələbə müraciəti araşdırılır
19.01.2019, 15:06

UNEC-də hər bir tələbə müraciəti araşdırılır

Bakıda narkotacirlərə qarşı ƏMƏLİYYAT - dəstə tutuldu      
19.01.2019, 15:03

Bakıda narkotacirlərə qarşı ƏMƏLİYYAT - dəstə tutuldu    

Azərbaycan və Zimbabve prezidentləri görüşdü - YENİLƏNİB
19.01.2019, 14:40

Azərbaycan və Zimbabve prezidentləri görüşdü - YENİLƏNİB

Sabah bəzi avtobusların hərəkət trayektoriyası dəyişdiriləcək
19.01.2019, 14:38

Sabah bəzi avtobusların hərəkət trayektoriyası dəyişdiriləcək

DTX rəhbərliyi Şəhidlər xiyabanını ziyarət etdi
19.01.2019, 14:02

DTX rəhbərliyi Şəhidlər xiyabanını ziyarət etdi

Gömrükdə Gürcüstan vətəndaşının avtomobilindən marixuana çıxdı 
19.01.2019, 13:55

Gömrükdə Gürcüstan vətəndaşının avtomobilindən marixuana çıxdı 

Sabahın havası - şaxta olacaq
19.01.2019, 13:32

Sabahın havası - şaxta olacaq

Ehsan Zahidov “DİN-in bu hüquqları əlindən alındı” iddiasını yalanladı  
19.01.2019, 13:19

Ehsan Zahidov “DİN-in bu hüquqları əlindən alındı” iddiasını yalanladı  

Cəlil Məmmədquluzadə həftəsi keçiriləcək: “Ona ateist deyirdilər”...
19.01.2019, 13:08

Cəlil Məmmədquluzadə həftəsi keçiriləcək: “Ona ateist deyirdilər”...

Lənkəranda  20 Yanvar şəhidləri anıldı - FOTO
19.01.2019, 13:01

Lənkəranda  20 Yanvar şəhidləri anıldı - FOTO

“Reseptlə” dilənənlər – XƏBƏRDARLIQ
19.01.2019, 12:44

“Reseptlə” dilənənlər – XƏBƏRDARLIQ

Bakıda piyada ÖLÜMÜ 
19.01.2019, 12:40

Bakıda piyada ÖLÜMÜ 

Yanacaqdoldurma məntəqəsinə maskalı basqın edənlər saxlanıldı
19.01.2019, 12:24

Yanacaqdoldurma məntəqəsinə maskalı basqın edənlər saxlanıldı

Borca görə 19 nəfər tutuldu
19.01.2019, 11:05

Borca görə 19 nəfər tutuldu

Balakən sakinlərindən qanunsuz silahlar götürüldü
19.01.2019, 10:58

Balakən sakinlərindən qanunsuz silahlar götürüldü

Polis axtarışda olan şəxsi saxladı
19.01.2019, 10:54

Polis axtarışda olan şəxsi saxladı

Kosmik peykləri məhv edəcək RAKET - 17 dəqiqəyə 3 min kilometr uçdu 
19.01.2019, 10:41

Kosmik peykləri məhv edəcək RAKET - 17 dəqiqəyə 3 min kilometr uçdu 

Nəsiminin Suriyadakı məzarından ÖZƏL FOTOLAR
19.01.2019, 10:11

Nəsiminin Suriyadakı məzarından ÖZƏL FOTOLAR

Ermənilər kəndlərimizi atəşə tutdu
19.01.2019, 09:51

Ermənilər kəndlərimizi atəşə tutdu

İspaniyanın ilk Oskar alan aktyoru - 50 yaşlı məşhur...
19.01.2019, 09:35

İspaniyanın ilk Oskar alan aktyoru - 50 yaşlı məşhur...

20 yanvardan bəhs edən filmin məsləhətçisi: “Telekanallar “Hüznlü ana”nı vermək istəmirlər” - MÜSAHİBƏ  
19.01.2019, 09:32

20 yanvardan bəhs edən filmin məsləhətçisi: “Telekanallar “Hüznlü ana”nı vermək istəmirlər” - MÜSAHİBƏ  

Şahmat üzrə Azərbaycan çempionatının III turu yekunlaşdı
19.01.2019, 01:01

Şahmat üzrə Azərbaycan çempionatının III turu yekunlaşdı

Ukrayna əhalisinin sayı  208,8 min nəfər azalıb
19.01.2019, 00:47

Ukrayna əhalisinin sayı  208,8 min nəfər azalıb

Avtoqəzada yaralanan sürücü xəstəxanada öldü
19.01.2019, 00:27

Avtoqəzada yaralanan sürücü xəstəxanada öldü

Meksikada 6 bal gücündə zəlzələ
19.01.2019, 00:16

Meksikada 6 bal gücündə zəlzələ

Trampla Kim Çen In fevralda yenidən görüşəcək
18.01.2019, 23:59

Trampla Kim Çen In fevralda yenidən görüşəcək

Əllə oynayan futbolçulara yeni cəza
18.01.2019, 23:42

Əllə oynayan futbolçulara yeni cəza

Azərbaycan nefti bir qədər də ucuzlaşdı
18.01.2019, 23:31

Azərbaycan nefti bir qədər də ucuzlaşdı

Terrorçuluğa qarşı əməliyyatda 43 nəfər yaxalandı   
18.01.2019, 23:07

Terrorçuluğa qarşı əməliyyatda 43 nəfər yaxalandı  

Qəzzada qarşıdurma: 30 yaralı
18.01.2019, 22:47

Qəzzada qarşıdurma: 30 yaralı

Bakıda itkin düşən uşaq tapıldı
18.01.2019, 22:30

Bakıda itkin düşən uşaq tapıldı

“Qalatasaray” heyətinə yeni futbolçu qatdı
18.01.2019, 22:16

“Qalatasaray” heyətinə yeni futbolçu qatdı

Fransada aksiyaların yeni mərhələsi başlayır
18.01.2019, 21:59

Fransada aksiyaların yeni mərhələsi başlayır

Azərbaycanın axtarışa verdiyi şəxs Rusiyada tutuldu
18.01.2019, 21:44

Azərbaycanın axtarışa verdiyi şəxs Rusiyada tutuldu

Yaponiyada güclü zəlzələ
18.01.2019, 21:24

Yaponiyada güclü zəlzələ

“Oksigen” klinikasında yanğın
18.01.2019, 21:10

“Oksigen” klinikasında yanğın

Müdafiə nazirləri Brüsselə toplanır
18.01.2019, 20:56

Müdafiə nazirləri Brüsselə toplanır

Məhkumlardan 96 mobil telefon götürülüb
18.01.2019, 20:43

Məhkumlardan 96 mobil telefon götürülüb

“Gördün... Elmira Qafarova kişi qızıdır”
18.01.2019, 20:42

“Gördün... Elmira Qafarova kişi qızıdır”

ARXİV