Modern.az

Brilliant Dadaşovadan oğurluq etdilər 

Brilliant Dadaşovadan oğurluq etdilər 

Mədəniyyət

6 Fevral 2026, 13:04

Xalq artisti Brilliant Dadaşova və AISELin ifa etdiyi “Ayrı düşmüşük” mahnısı gürcü ifaçı tərəfindən mənimsənilib.

Modern.az xəbər ver ki, bu barədə Xalq artistinin özü məlumat verib.

O, ifa etdiyi mahnının oğurlandığını iddia edib və əlavə edib ki, məsələ ilə bağlı artıq aidiyyəti qurumlara müraciət edilib:

“Müəlliflik hüquqları ilə bağlı artıq aidiyyəti qurumlara müraciət etmişik. Mahnı həm Gürcüstanın televiziya kanallarında, həm də sosial şəbəkələrdə gürcü musiqisi kimi təqdim olunub”.( APA)

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?