17 dekabr 2018, Bazar ertəsi
Ana Səhifə - MƏDƏNİYYƏT - Anqola prezidentinin azərbaycanlı müəllimi - Dursun Hümbətov kim olub?  
Anqola prezidentinin azərbaycanlı müəllimi - Dursun Hümbətov kim olub?  
11.10.2018, 15:44

Dursun Oruc oğlu Hümbətov (Şahzeynallı) 1930-cu il mart ayının 10-da Gürcüstan Respublikasının Marneuli rayonunun, yəni qədim türk eli Borçalının Qurdlar kəndində anadan olub. Onun ata babası Borçalı elinin seçkin, nüfuzlu zadəganlarından, bəylərindən biri - Hümmət Şahzeynallı olub. Məhz bu səbəbdəndir ki, D.Hümbətovun atası Oruc Hümmətov bəy oğlu kimi 1937-ci ildə Stalin repressiyasına məruz qalıbş, 10 il müddətinə SSRİ-nin uzaq Arxangelsk vilayətinə, siyasi dustaqlar koloniyasına göndərilib.

Kiçik yaşlarından ailədə atasının yerini tutmağa çalışan qürürlu Dursun gecə-gündüz tarlada, həyətyanı sahədə işləyərək ana-bacısı və kiçik qardaşını dolandırmaqla yanaşı, dərslərini də əla qiymətlərlə oxumaqdan qalmayıb. Təsadüfi deyil ki, 1945-ci ildə o, səkkizillik kənd orta məktəbinin əla qiymətlərlə bitirdikdən sonra orta təhsilini Marneuli şəhərindəki Pedaqoji Texnikumda davam etdirib.
1949-cu ildə isə texnikumu fərqlənmə diplomu ilə bitirərək V.Lenin adına Azərbaycan Pedaqoji İnstitutunun (indiki Azərbaycan Dövlət Pedaqoji Universiteti) Fizika-Riyaziyyat fakültəsinə qəbul olunub. O, təhsilinin ilk illərindən ən yüksək nailiyyətlər əldə edib, fakültənin həm elmi, həm də ictimai həyatında yaxından iştirak edib. Məhz bu səbəbdəndir ki, D.Hümbətov ikinci kursdan etibarən Stalin adına Dövlət təqaüdünə layiq görülüb.
Qeyd edək ki, bu nüfuzlu dövlət təqaüdünə həmin institutda Dursun Hümbətovdan əvvəl yalnız Azərbaycanın görkəmli ictimai-siyasi xadimi, Bakı Şəhər PK-nin birinci katibi olmuş Şıxəli Qurbanov layiq görülmüşdü. D.Hümbətov isə həm fakültənin həmkarlar təşkilatının sədri, həm institutun komsomol komitəsinin büro üzvü və qrup nümayəndəsi olub.

Lakin onun aktiv ictimai həyatı ona elmi bilik və maraqlarını dərinləşdirməyə mane ola bilməmişdi. Təsadüfi deyil ki, həmin dövrdə Dursun Hümbətovun elmi istedadı Azərbaycanda fizika elminin banilərindən biri, görkəmli alim, professor A.Abbaszadənin diqqətindən yayınmayıb. Bu unudulmaz alimin rəhbərliyi altında D.Hümbətovun ilk elmi məqalələri və məruzələri institutda təşkil edilmiş müxtəlif elmi konfranslarda böyük əks-səda doğurub. Məhz bu nailiyyətlərinə görə, 1951-ci ildə Dursun Hümbətov, istisna hal kimi, tələbə ikən Sov.KP sıralarına qəbul olunub.

 Beləliklə, D.Hümbətov 1953-cü ildə institutu fərqlənmə diplomu ilə bitirdikdən sonra dövlət təyinatı ilə Azərbaycanın Jdanov (indiki Beyləqan) şəhər orta məktəbində müəllimlik fəaliyyətinə başlayıb, bir neçə il çalışdıqdan sonra isə doğma Borçalıya, kəndinə qayıdaraq, bir müddət qonşu Gorarxı (indiki Algeti) kəndində, sonra isə Baydar kənd orta məktəblərində fizika və riyaziyyat fənlərini yüksək səviyyədə tədris edib. Onun qeyd olunan orta təhsil məktəblərində əzmkar fəaliyyəti öz bəhrəsini verib, burada yüzlərlə gələcəyin yüksək səviyyəli mütəxəssis və alimlərini hazırlayıb. Lakin D.Hümbətovun elmi maraqları, araşdırmaçı həvəsi tezliklə onu aspiranturaya gətirib çıxarıb və o, 1961-ci ildə Azərbaycan SSR Elmlər Akademiyasının Fizika İnsitutunun aspiranturasına daxil olub. Elə həmin ildə, institutun direktoru, görkəmli fizik, uzun müddər Elmlər Akademiyasının prezidenti olmuş, akademik Həsən Abdullayevin şəxsi təşəbbüsü ilə o, Moskva şəhərindəki Üzvi Elementlər Birləşməsinin Kimya və Texnologiyası Dövlət Elmi-Tədqiqat İnstitutuna ezam olunub.

Dursun Hümbətov burada professor Viktor Kostryukovun rəhbərliyi altında geniş elmi araşdirmalara başlayıb və artıq 1965-ci ildə Minsk şəhərində Dövlət Universitetinin Elmi Şurasında “Silisium üzvü birləşmələrinin termodinamika funksiyalarının və fırlanma potensialının aşaği temperaturda istilik tutumunun qiymətlərinə əsasən təyini” mövzusunda dissertasiya işini mudafiə edərək, fizika-riyaziyyat elmləri namizədi alimlik dərəcəsini qazanıb. Eyni zamanda, alim kimi fəaliyyətini 1964-1966-cı ildə illərdə Azərbaycan EA Fizika İnstitutunda kiçik elmi işçi vəzifəsində başlayıb,1966-cı ildə isə M.Əzizbəyov adına Azərbaycan Neft-Kimya İnstitutunun (indiki Azərbaycan Dövlət Sənaye Universiteti) Fizika kafedrasında assistent vəzifəsinə keçərək ömürünün axırına kim bu nüfuzlu təhsil ocağında elmi-pedaqoji fəaliyyətini davam etdirib. Belə ki, Dursun Hümbətov 1967-ci ildə kafedranın baş müəllimi, 1970-ci ildə isə dosenti vəzifəsinə irəli çəkilib. O, 50-dən çox elmi məqalə, monqrafiya və dərs vəsaitlərinin müəllifi olub, onun rəhbərliyi ilə onlarla elmlər namizədi yetişdirilib. Onun mexanika, molekular fizika, elektrik, maqnit, optika üzrə çoxsaylı kitabları, metodiki vəsaitləri indiyədək müxtəlif təhsil müəssisələrində qiymətli dərs vəsaiti kimi istifadə olunur. Bununla yanaşı, Dursun müəllim uzun müddət Azərbaycan Neft-Kimya İnstitutunda fakültə partiya komitəsinin katibi, tələbə qəbulu komissiyasının üzvü, Neft-Mədən fakültəsinin Xalq Nəzarəti komitəsinin sədri kimi məsul vəzifələrdə çalışıb.

Dursun müəllim eyni zamanda ölkəmizin müxtəlif rayonlarında fizika fənni üzrə olimpiadaların təşkilat komitəsinin rəhbəri olub, bütün ucqar rayonlarımızda istedadlı şagirdlərin axtarılıb tapılmasına və elmə gətirilməsinə böyük töhfə verib, bununla əlaqədar, Təhsil Nazirliyinin dəfələrlə medal, fəxri fərman, təşəkkürnamələri ilə təltif edilib. Bundan əlavə, o, Azərbaycan Neft-Kimya İnstitutunda Xarici tələbələr fakültəsində fizika fənnini yüksək səviyyədə tədris edib  və onun tələbələri sırasında hətta Anqolanın prezidenti Joze Eduardo Duş Santoş (José Eduardo dos Santos), bir sıra Afrika, Asiya ölkələrinin yüksək vəzifələri şəxsləri olub.

Dursun müəllim ömürünün axırlarına yaxın “Bərk maye cisimlərin istilik tutumunun texniki təyinləri” mövzusunda doktorluq dissertasiyasını müdafiə edib və ilkin müdafiəsini yekunlaşdırıb. Lakin Dursun müəllim 1990-cı ilin Yanvar hadisələri zamanı, 40 ilə yaxın üzvü olduğu Kommunist Partiyasının Mərkəzi Komitəsinin vicdansız rəhbərliyinin ölkəmizə zirehli texnika, ordu yeridərək kütləvi qırğın törətməsindən çox təsirlənib, ağır formada infarkt keçirib  və bir müddət sonra dünyasını dəyişib.

Dursun müəllim nəinki Azərbaycanda, eləcə də Gürcüstanda, Rusiyada və digər ölkələrdə tanınmış alim, ziyalı və ictimaiyyətçi olub. O, istedadlı alim, dəyərli pedaqoq, fəal ictimaiyyətçi olması ilə yanaşı, həm də gözəl ailə başçısı idi. Belə ki, istedadlı pedaqoq həyat yoldaşı Ofelya Əhmədova ilə birgə üç savadlı, vətənpərvər, qayğıkeş övlad böyüdüb. Onların kiçik oğlu Fuad Hümbətov təcrübəli diplomat və alimdir, uzun müddət AR-in Belçika Krallığındakı səfirliyinin birinci katibi olub, hazırda isə Azərbaycan Sahibkarlar Milli Konfederasiyasının baş katibinin müavini, Prezident yanında Dövlət İdarəçilik Akademiyasının dosentidir.
Digər övladları Hümbət və Təranə isə yüksək ixtisaslı, peşəkar həkimdirlər.

Elnur Eltürk


xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
“Azərbaycan İsraillə gömrük sahəsində əməkdaşlığa önəm verir”  -Səfər Mehdiyev
17.12.2018, 20:14

“Azərbaycan İsraillə gömrük sahəsində əməkdaşlığa önəm verir”  -Səfər Mehdiyev

Prezidentin kürəkəni istefa verdi
17.12.2018, 20:03

Prezidentin kürəkəni istefa verdi

Bakıda əxlaqsızlıq yuvaları təşkil edən qadın həbs edildi
17.12.2018, 19:23

Bakıda əxlaqsızlıq yuvaları təşkil edən qadın həbs edildi

Qara Qarayevin 100 illiyinə həsr olunmuş kamera konserti keçiriləcək
17.12.2018, 19:10

Qara Qarayevin 100 illiyinə həsr olunmuş kamera konserti keçiriləcək

Bakıda “Hyundai” piyada keçidindəki 4 nəfəri vurdu
17.12.2018, 19:00

Bakıda “Hyundai” piyada keçidindəki 4 nəfəri vurdu

Qarabağda erməni əsgər minaya düşdü
17.12.2018, 18:31

Qarabağda erməni əsgər minaya düşdü

Cəfər Cabbarlının 120 illiyi qeyd ediləcək - SƏRƏNCAM
17.12.2018, 18:28

Cəfər Cabbarlının 120 illiyi qeyd ediləcək - SƏRƏNCAM

Elektrik stansiyalarının təmirinə 30 milyon manat ayrıldı
17.12.2018, 18:25

Elektrik stansiyalarının təmirinə 30 milyon manat ayrıldı

Bakıda QANUNSUZLUQ - Vətəndaşın mülkünü darmadağın etdilər – FOTO + VİDEO  
17.12.2018, 18:20

Bakıda QANUNSUZLUQ - Vətəndaşın mülkünü darmadağın etdilər – FOTO + VİDEO  

İlham Əliyev Qətər Əmiri və müavinini təbrik etdi
17.12.2018, 18:14

İlham Əliyev Qətər Əmiri və müavinini təbrik etdi

Qaradağ və Səbailin bir hissəsi susuz qalacaq
17.12.2018, 17:55

Qaradağ və Səbailin bir hissəsi susuz qalacaq

“Nar” jurnalistləri bir araya topladı
17.12.2018, 17:51

“Nar” jurnalistləri bir araya topladı

İranlı general silahla ehtiyatsız davrandığına görə öldü
17.12.2018, 17:49

İranlı general silahla ehtiyatsız davrandığına görə öldü

Azərbaycanda doğum, ölüm, nikah və boşanmalar...
17.12.2018, 17:47

Azərbaycanda doğum, ölüm, nikah və boşanmalar...

Azərbaycanda ümumi daxili məhsul artıb   
17.12.2018, 17:42

Azərbaycanda ümumi daxili məhsul artıb  

Rusiyada 5 nəfər dəm qazından öldü: 3-ü ermənidir
17.12.2018, 17:29

Rusiyada 5 nəfər dəm qazından öldü: 3-ü ermənidir

Çilinin Azərbaycana yeni müvəqqəti işlər vəkili təyin olundu
17.12.2018, 17:28

Çilinin Azərbaycana yeni müvəqqəti işlər vəkili təyin olundu

Manat və dolların sabahkı MƏZƏNNƏSİ
17.12.2018, 17:11

Manat və dolların sabahkı MƏZƏNNƏSİ

Koçaryanın Paşinyana qarşı iddiası təmin olunmadı
17.12.2018, 17:08

Koçaryanın Paşinyana qarşı iddiası təmin olunmadı

Bakcell karyera qurmaqda tələbələrə dəstək göstərir
17.12.2018, 17:01

Bakcell karyera qurmaqda tələbələrə dəstək göstərir

AvroLiqada 1/16 finalın püşkatması - “Fənərbaxça” və “Qalatasaray”ın RƏQİBLƏRİ   
17.12.2018, 16:55

AvroLiqada 1/16 finalın püşkatması - “Fənərbaxça” və “Qalatasaray”ın RƏQİBLƏRİ  

Rusiyada 17 yaşlı azərbaycanlı qız öldürüldü
17.12.2018, 16:43

Rusiyada 17 yaşlı azərbaycanlı qız öldürüldü

Qusarda yolu keçən piyadanı avtomobil vurub öldürdü
17.12.2018, 16:38

Qusarda yolu keçən piyadanı avtomobil vurub öldürdü

İnam Kərimov yeni sədr təyin etdi
17.12.2018, 16:29

İnam Kərimov yeni sədr təyin etdi

Reynaldo “Qarabağ”a qayıtdı - FOTO
17.12.2018, 16:25

Reynaldo “Qarabağ”a qayıtdı - FOTO

Azercell xidmət keyfiyyətini artırır
17.12.2018, 16:12

Azercell xidmət keyfiyyətini artırır

Könül Kərimovaya qarşı dələduzluq edən qadına hökm oxundu
17.12.2018, 16:04

Könül Kərimovaya qarşı dələduzluq edən qadına hökm oxundu

Çempionlar Liqasında 1/8 finalın püşkü atıldı - CÜTLÜKLƏR
17.12.2018, 15:45

Çempionlar Liqasında 1/8 finalın püşkü atıldı - CÜTLÜKLƏR

Prezident Mingəçevirə icra başçısı təyin etdi - FOTO
17.12.2018, 15:43

Prezident Mingəçevirə icra başçısı təyin etdi - FOTO

ADU və İndoneziya Universiteti arasında memorandum imzalandı
17.12.2018, 15:40

ADU və İndoneziya Universiteti arasında memorandum imzalandı

Nərmin Şahmarzadə Mübariz İbrahimovun ailəsindən üzr istədi - VİDEO
17.12.2018, 15:36

Nərmin Şahmarzadə Mübariz İbrahimovun ailəsindən üzr istədi - VİDEO

Nazir: “Prezidentin qarşımıza qoyduğu vəzifələrin icrası üçün 4 prinsipə əsaslanacağıq”
17.12.2018, 15:26

Nazir: “Prezidentin qarşımıza qoyduğu vəzifələrin icrası üçün 4 prinsipə əsaslanacağıq”

Onlara kim olduqlarını, əsl yerlərini göstərmək lazımdır - Əli Həsənovdan SƏRT ÇIXIŞ   
17.12.2018, 15:20

Onlara kim olduqlarını, əsl yerlərini göstərmək lazımdır - Əli Həsənovdan SƏRT ÇIXIŞ  

İlham Əliyevdən ANONS: “Azərbaycana ən müasir silahlar gətiriləcək”
17.12.2018, 15:18

İlham Əliyevdən ANONS: Azərbaycana ən müasir silahlar gətiriləcək

Alimlərə veriləcək torpaq sahəsində tikintiyə icazə verilməyəcək
17.12.2018, 15:14

Alimlərə veriləcək torpaq sahəsində tikintiyə icazə verilməyəcək

Prezident şəhid vərəsələrinə verilən ödəmədən DANIŞDI: “Ədalət prinsipi əsas olmalıdır!”
17.12.2018, 14:48

Prezident şəhid vərəsələrinə verilən ödəmədən DANIŞDI: “Ədalət prinsipi əsas olmalıdır!”

76 dövlət əmlakı hərraca çıxarılır
17.12.2018, 14:43

76 dövlət əmlakı hərraca çıxarılır

Milli komandaya əcnəbi baş məşqçi gətirilir
17.12.2018, 14:37

Milli komandaya əcnəbi baş məşqçi gətirilir

Saxta 100 manatla benzin doldurmaq istəyən şəxs tutuldu
17.12.2018, 14:31

Saxta 100 manatla benzin doldurmaq istəyən şəxs tutuldu

Şəhid qızının türk millət vəkilinə cavabı - FOTO   
17.12.2018, 14:29

Şəhid qızının türk millət vəkilinə cavabı - FOTO  

Azərbaycan və İran gömrükçüləri görüşdü
17.12.2018, 14:05

Azərbaycan və İran gömrükçüləri görüşdü

“Dilqəm Əsgərov və Şahbaz Quliyevlə bağlı məsələ diqqət mərkəzindədir”
17.12.2018, 14:00

“Dilqəm Əsgərov və Şahbaz Quliyevlə bağlı məsələ diqqət mərkəzindədir”

“Rusiya Ukrayna ilə müharibə etməyə hazırlaşmır” – Lavrov
17.12.2018, 13:57

“Rusiya Ukrayna ilə müharibə etməyə hazırlaşmır” – Lavrov

Ermənilər Ermənistandan və Qarabağdan qaçırlar - “Elə kəndlər var ki, ancaq yaşlı adamlar qalıb”
17.12.2018, 13:43

Ermənilər Ermənistandan və Qarabağdan qaçırlar - “Elə kəndlər var ki, ancaq yaşlı adamlar qalıb”

Qubadlı köçkünlərinin mal-qarasına baytarlıq baxışı keçirilib
17.12.2018, 13:29

Qubadlı köçkünlərinin mal-qarasına baytarlıq baxışı keçirilib

Azərbaycana külli miqdarda narkotik keçirilməsinin qarşısı alındı - FOTOLAR   
17.12.2018, 13:27

Azərbaycana külli miqdarda narkotik keçirilməsinin qarşısı alındı - FOTOLAR  

Bəzi restoranlar insan ölümünə səbəb olur – RƏSMİ
17.12.2018, 13:21

Bəzi restoranlar insan ölümünə səbəb olur – RƏSMİ

“Nar” tələbələr üçün yeni iş imkanları təklif edir
17.12.2018, 13:20

“Nar” tələbələr üçün yeni iş imkanları təklif edir

Rus şairinin Kremlə atdığı “bomba” və... Sumqayıtın yolları
17.12.2018, 13:16

Rus şairinin Kremlə atdığı “bomba” və... Sumqayıtın yolları

Sabahın hava proqnozu - Yağış, qar... - XƏBƏRDARLIQ   
17.12.2018, 13:03

Sabahın hava proqnozu - Yağış, qar... - XƏBƏRDARLIQ  

ARXİV