Modern.az

Dostunun bank kartından oğurluq edən şəxs saxlanıldı

Dostunun bank kartından oğurluq edən şəxs saxlanıldı

Aktual

25 Dekabr 2025, 16:46

Səbail rayonu ərazisində bir nəfərin bank kartından 440 manat pul oğurlanıb. Polisə müraciət edən zərərçəkən kartını məlumatları ilə birgə dostuna etibar etdiyini, sonradan isə həmin şəxsin pulu öz hesabına köçürdüyünü bildirib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, Səbail Rayon Polis İdarəsinin 8-ci polis şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 22 yaşlı O.Mustafayev saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Whatsapp
Bizə yazın!
Keçid et
Putin 100 minlik MUZDLU GÖNDƏRİR: Ermənistanda qan töküləcək