Modern.az

Gənclər və İdman Nazirliyi mükafatçıların SİYAHIsını açıqladı

Gənclər və İdman Nazirliyi mükafatçıların SİYAHIsını açıqladı

7 Fevral 2013, 16:05

2012-ci il ərzində dövlət gənclər siyasətinin əsas istiqamətləri üzrə həyata keçirilmiş müxtəlif tədbirlərdə, müsabiqə, konsert, festival və olimpiadalarda fərqlənən, eləcə də beynəlxalq miqyaslı tədbirlərdə yüksək nəticə göstərmiş gənclər ənənəvi olaraq 2 fevral Azərbaycan gəncləri günü münasibətilə, Gənclər və İdman Nazirliyi tərəfindən təsis edilmiş “Gənclər mükafatı” ilə təltif olunublar.

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən Modern.az saytına verilən məlumata görə, 2012-ci il ərzində öz istedadları ilə fərqlənmiş və yüksək uğurlar əldə etmiş aşağıda adları qeyd olunan istedadlı və yaradıcı gənclər "Gənclər mükafatı"na layiq görülüb:

Kino sahəsindəki nailiyyətlərinə görə:

1. Mehdiyeva Günəş Raqib qızı

Təsviri sənət sahəsindəki nailiyyətlərinə görə:

1. Rəhmanov Fərəc Nazim oğlu

2. Əmirov Arif Müseyib oğlu

Teatr sahəsindəki nailiyyətlərinə görə:

1. Abbasova Afaq Nurəhməd qızı

2. Mikayılova Elmira Süleyman qızı

3. Məmmədova Nigar Bahadir qızı

Memarlıq sahəsindəki nailiyyətlərinə görə:

1. Məmmədova Nigar Vaqif qızı

2. Məmmədova Nərgiz Fuad qızı

Ədəbiyyat sahəsindəki nailiyyətlərinə görə:

1. Əzimbəyli Mirbəhram Camal oğlu

2. Əliyev Elşad Ərşad oğlu

Musiqi sahəsindəki nailiyyətlərinə görə:

1. Nəcəfli Nərmin Etibar qızı

2. Nəcəfzadə Minirə İlham qızı

3. Qədimov Kənan Akif oğlu

4. Əliyeva Arzu Qurban qızı

5. Fətullayev Fərid Fürsət oğlu

6. Abasova Ümidə Rafiq qızı

Elm sahəsindəki nailiyyətlərinə görə:

1. Hüseynov Hüseyn Cəlil oğlu

2. Məmmədova Ülviyyə Əhməd qızı

3. Əfəndiyeva Leyla Azad qızı

Təhsil sahəsindəki nailiyyətlərinə görə:

1. Məmmədov Məmmədbağır Qasım oğlu

2. Mirzəyeva Günay İlyas qızı

Bundan əlavə, 2012-ci ildəki uğurlu fəaliyyətinə görə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Gənclər kamera Orkestri və "MZ Production" da 2 fevral - Azərbaycan gəncləri günü münasibətilə təltif olunublar.

2012-ci ildə ictimai fəallığı və həyata keçirdiyi uğurlu layihələri ilə fərqlənən aşağıdakı gənclər təşkilatları da Gənclər və İdman Nazirliyi tərəfindən diploma layiq görülüb:

1. Azərbaycan Respublikası Gənclər Təşkilatlarının Milli Şurası

2. Azərbaycan Demokratik Tələbə Gənclər Təşkilatı

3. "Bakı Gənclər Klubu" İctimai Birliyi

4. "Bizim Nəsil" Gənclərin Regional İnkişaf Assosiasiyası

5. "Yaddaş" Maarifçi Gənclər İctimai Birliyi

6. "Cinema" Gənc Kinematoqrafçılar Birliyi

Bir sıra Tələbə-Gənclər Təşkilatlarına da 2012-ci ildəki uğurlu fəaliyyətinə görə diplomlar təqdim olunub:

1. Azərbaycan Dövlət Neft Akademiyasının Tələbə Gənclər Təşkilatı

2. Naxçıvan Dövlət Universitetinin Tələbə Gənclər Təşkilatı

3. Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının Tələbə Gənclər Təşkilatı

4. Azərbaycan Müəllimlər İnstitutunun Tələbə Gənclər Təşkilatı

5. Azərbaycan Dəniz Balıq Sənayesi Kollecinin Tələbə Gənclər Təşkilatı

6. Bakı Musiqi Akademiyasının Tələbə Gənclər Təşkilatı

Qeyd edək ki, İstedadlı və yaradıcı gənclərin mükafatlandırma mərasimi 2 fevral 2013-cü il tarixdə "Buta Palace"da keçirilib.

Aytən ƏLİYEVA

Twitter
Sizə yeni tvit var
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?