Modern.az

Masallıda 9 kiloqram narkotik vasitə AŞKARLANDI

Masallıda 9 kiloqram narkotik vasitə AŞKARLANDI

Ölkə

8 Fevral 2026, 11:24

Masallı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsi və satışına qarşı növbəti əməliyyat keçirilib.

 

DİN-in Mətbuat Xidmətindən Modern.az-a bildirilib ki, saxlanılan 31 yaşlı Fərid Mirzəyevdən 9 kiloqram marixuana aşkarlanaraq götürülüb.

 

O, ifadəsində narkotik vasitəni şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşı vasitəsilə əldə etdiyini bildirib.

 

Faktla bağlı cinayət işi başlanılıb. F.Mirzəyev barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?