Modern.az

Tanınmış YAP-çılar Siyasi Şuradan ÇIXARILDILAR - Əvəz Ələkbərov, Əli Əlirzayev, Alqış Həsənoğlu və digərləri… - SİYAHI

Tanınmış YAP-çılar Siyasi Şuradan ÇIXARILDILAR - Əvəz Ələkbərov, Əli Əlirzayev, Alqış Həsənoğlu və digərləri… - SİYAHI

7 İyun 2013, 18:38


İyunun 7-də Bakıdakı “Buta” sarayında Yeni Azərbaycan Partiyasının (YAP) V qurultayı keçirildi. Qurultayda bəzi təşkilati məsələlər baxılıb, YAP-ın 90 nəfərdən ibarət Siyasi Şurası seçilib. Modern.az saytının araşdırması zamanı məlum olub ki, hakim partiya Siyasi Şura üzvlərinin sayını 2 nəfər artıraraq 88-dən 90-a çatdırıb.
Eyni zamanda Siyasi Şuranın tərkibində də bəzi dəyişikliklər edilib. Köhnə Siyasi Şurada təmsil olunan bəzi YAP-çılar yeni tərkibə düşə bilməyiblər.

Modern.az saytına məlum olub ki, bu günədək Siyasi Şuranın üzvü olan 13 nəfər qurumdan kənarlaşdırılıb.
Əvəzində 15 nəfər ilk dəfə YAP Siyasi Şurasına üzv seçiliblər.

Modern.az-ın xəbərinə görə, hakim partiyanın Siyasi Şurasından çıxarılanlar aşağıdaki YAP-çılardır:

1. Ağayev Taryel Hüseyn oğlu
2. Allahverdiyev Elxan Həsən oğlu
3. Bayramova Svetlana Qulam qızı
4. Əbilov Şirvan Rəşid oğlu
5. Ələkbərov Əvəz Əkbər oğlu
6. Əlirzayev Əli Qəmbərəli oğlu
7. Göyüşov Abbas Cahandar oğlu
8. Xəlilov Səlahəddin Sədrəddin oğlu
9. Mehrabov Şükür Hasil oğlu
10. Musayev Alqış Həsən oğlu
11. Mustafazadə İsgəndər Ənvər oğlu
12. Tağıyev Əhliman Savalan oğlu
13. Təhməzov Elbrus Halay oğlu

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir