Modern.az

Qubada bir ailənin 8 üzvü qonaqlıqda qidadan zəhərlənib

Qubada bir ailənin 8 üzvü qonaqlıqda qidadan zəhərlənib

Hadisə

8 Fevral 2026, 19:15

Quba rayonunda səkkiz nəfər qidadan zəhərlənib.

Modern.az xəbər verir ki, rayonun Xucbala kəndində qonaqlıq zamanı - 1953-cü il təvəllüdlü N.Şabutov, 1953-cü il təvəllüdlü H.Şabutova, 1986-ci il təvəllüdlü A.Şabutova, 2003-cü il təvəllüdlü A.Şabutova, 2003-cü il N.Şabutova, 2010-cu il D.Şabutov, 2025-ci il təvəllüdlü G.Şabutova və 1978-ci il təvəllüdlü D.Məmmədova qida zəhərlənməsi diaqnozu ilə Qusar Rayon Mərkəzi Xəstəxanasına aparılıblar.

Onların paytaxt salatından zəhərləndikləri ehtimal olunur. Faktla bağlı araşdırma aparılır. (Report)

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ərdoğandan gözlənilən kritik açıqlama - Qardaşlığımızı pozanlara...