14 noyabr 2018, Çərşənbə axşamı
Ana Səhifə - REPORTAJ - Lev Tolstoyun azərbaycanlı generalın arvadına gizli məktubu
Lev Tolstoyun azərbaycanlı generalın arvadına gizli məktubu
26.08.2013, 13:47

Kim idi o general?..

 XIX əsrin sonları... Çar Rusiyasında siyasi vəziyyət daha da gərginləşməkdədir. Çar rejimi bütün diqqətini hərb sahəsinin inkişafına yönəltməkdə davam edirdi. Belə bir məqamda hərbi topoqrafiyanın inkişafı da labüdləşmişdi. Bu məqsədlə bir sıra gəncləri Peterburqda yerləşən hərbi-topoqrafiya məktəbinə oxumağa yollayırdılar. Həmin hərbçilər sonradan münaqişəli zonaların xəritələrini hazırlamaq, sərhədlərdə dəqiqləşdirmə aparmaq və digər məsul vəzifələri yerinə yetirəcəkdilər. Onlardan biri də ilk azərbaycanlı hərbi topoqraf İbrahim ağa Vəkilov idi. Sonradan general rütbəsinədək qalxacaq Vəkilov məktəbi bitirəndən sonra çar Rusiyasına əvəzsiz xidmət göstərir. Rusiyanın İranla dövlət sərhədlərinin müəyyənləşməsi işinə rəhbərlik edir. Onun rəhbərliyi altında Qafqazın bir sıra rayonlarının, Krımın xəritələri hazırlanır. Ximdətlərinə görə bir çox nüfuzlu çar ödüllərinə layiq görülür. Həmçinin Qafqazda ilk dəfə olaraq hərbi-topoqrafiya sahəsində general-mayor rütbəsinə yükəlir. Lakin bütün bu xidmətlərin müqabilində Vəkilova çar rejimi bir məsələdə heç cürə gözəştə getmirdi. Və o məsələ, yəni,

Rus gözəlinə dərin məhəbbəti

Ibrahim aga V?kilovVəkilovun şəxsi həyatında xeyli problemlər yaradır. Dövrün qanunlarına görə müsəlmanın xristian olan şəxslə evlənməsi üçün öncə dinini dəyişməsi lazım idi. Lakin Vəkilov bunu etmirdi. Bütün yaxınlarının ondan üz döndərəcəyindən qorxurdu. Sevdiyi kiçik rus məmurunun qızı Yelena Yefimova da eyni aqibəti yaşayırdı. Aralarında qarşılıqlı münasibət olmasına baxmayaraq, ailəsi dinini dəyişdirəyəcəyi təqdirdə qızın müsəlman oğlanla evlənməsinə icazə vermirdi. Hətta Yelenaya müsəlmanla evlənəcəyi halda onu övladlıqdan uzaqlaşdıracağını bildirmişdilər. Lakin sevgi sonda qalib gəlir. Yelena 1884-cü ildə Vəkilovla birgə Türküstana gedir, orda qeyri-qanuni də olsa evlənirlər. 1891-ci ildə isə İbrahim bəyi gözlənilmədən Rusiyaya hərbi atteşe qismində ezam edirlər. Bu zaman onların böyük oğlu Borisin 7, Qlebin isə 6 yaşı var idi. Mayor rütbəsində olan Vəkilov nikahlarının rəsmi olaraq tanınması üçün çara, III Aleksandra müraciət edir. İbrahim Vəkilovun xaricdə və ölkə daxilində gördüyü xidmətlər nəzərə alınaraq xahişi qəbul olunur.

Generalın arvadı Tolstoya niyə məktub yazır?

1. İbrahim bəy Vəkilovun oğlanları onun təsiri ilə çox yaxşı tərbiyə almış və maarifçilik dünyagörüşü ilə maksimal dərəcədə təmin edilmişdilər. Onlar vətənə, Azərbayacana çox bağlı idilər. Odur ki, hər ikisi dinlərini dəyişib, müsəlman cəmiyyətinə yaxınlaşmaq fikrinə düşdülər. Amma valideynləri bu istəyin onların gələcək perespektivlərinə sədd çəkəcəyini əsas gətirərək,  mane olmağa çalışdılar. Xüsusən də Yelena çox təşvişə düşmüşdü. Yelena gizli olaraq dövrünün tanınmışlarından olan Lev Tolstoya məktub yazaraq ondan kömək istəyir. Beləliklə, 1909-cu il mart ayının 2-də Tolstoyun yaşadığı Yasnaya-Polyanaya onun adından məktub göndərilir. Yelena böyük yazıçıdan çıxış yolu istəyir: oğlanları İslamı qəbul etsinlər, yoxsa provaslav kimi qalsınlar?

Tolstoyun məktuba cavabı:

Cavab çox gecikmir. Qafqaz müsəlmanlarına xüsusi rəğbəti olan Tolstoy 15 mart 1909-cu ildə podpolkovnik, topoqraf İbrahim ağa Vəkilovun xanımına cavab məktubu yazır:

“Oğullarınızın Azərbaycan tatar xalqının maarifləndirilməsinə töhfə vermək arzusunu təqdir edə bilmərəm. O ki, qaldı müsəlmanlığı provaslavlıqdan üstün tutmağa, bu keçidə bütün qəlbimlə hüsn-rəğbət göstərə bilərəm. İnsanın qarşısında iki seçim olsa- kilsə provaslığı, yoxsa islama etiqad etmək, heç bir ağıllı insan bu seçimdə tərəddüd etməz. Xristianlığın mürəkkəb ibadətlərindənsə vahid Tanrısı və peyğəmbəri olan İslamı seçmək daha yaxşı olar. Başqa cür ola da bilməz. Müsəlmanlığın yüksəkdə durmasına elə bircə müsəlmanlığın xristianlıqdan 600 il sonra yaranması və nəticədə bu ən səmərəli vəziyyətdə qərar tapması kifayətdir. Bu din öz təlimlərindən səthi şeyləri atsa Məhəmməd peyğəmbərin təliminə uyğun getsə, ən böyük dinlərdən olacaqdır. Sizə ona görə belə uzun-uzadı yazıram ki, mənim bu fikirlərimi öz oğullarınıza çatdıracağınızı və bu fikirlərin onlara öz gözəl niyyətlərini həyata keçirməkdə lazımlı olacağını düşünürəm. Məsləhətim nəyəsə yarasa, siz və oğullarınız öz qərarları və bundan sonrakı fəaliyyətləri barədə məni xəbərdar etsələr çox şad olaram”. (Qeyd, məktub ixtisarla verilib-red.)

Məktubun sonrakı taleyi...

Vəkilovlaırn övladları öz əqidələrinə sonadək sadiq qaldılar. İslamı qəbul edib adlarını dəyişdilər. Boris özünə Fariz, Qleb isə Qalib adını götürür. Böyük oğlu mühəndis olmaqla yanaşı, Azərbaycan maarifçi cəmiyyətinin üzvü olur, atasının yolunu davam etdirən Qalib isə elə onun sağlığında rus ordusunun polkovkini rütbəsinə yüksəlir. Sonradan Vəkilovlar ailəsi mədəni şəkildə desək, darmadağın olur. Belə ki, çar rejimi iflasa uğrayandan sonra 1920-ci ilin iyununda İbrahim Vəkilov başqa generallarla birgə Nargin adasına aparılaraq güllələnir. Lakin atalarının yolunu davam etdirən Vəkilov qardaşları Sovet dövründə də öz xidmətlərini əsirgəmədilər. Amma bu da onları xilas etmədi. 30-cu illərdə baş verən kütləvi repressiyalar onlardan da yan ötmədi. 1937-ci ildə hər ikisi həbs edildi. Qalib elə həmin il güllələndi. Əvvəlcə Mordaviyaya,  sonra isə Karaqandaya sürgün edilən Fariz isə 1956-cı ildə Bakıya döndü. Maraqlı fakt odur ki, bu məşəqqətli illərdə Fariz Tolstoyun onun anası Yelenaya yazdığı məktubu xoş və dəyərli bir xatirə kimi özündə qoruyub saxlaya bilir. 1978-ci ildə Tolstoyun anadan olmasının 150 illiyi münasibətilə Fariz Vəkilov məktubu yazıçının dostlarına hədiyyə verir. Hazırda həmin məktub Tolstoyun yaşadığı Yasnaya Polyanada əlyazmalar bölməsində saxlanılır.

Elmin Nuri


xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku
Rəsul
27.08.2013, 19:07

Hörmətli Elmin Nuri! Maraqlı tarixi məqalə üçün Sizə öz dərin minnətdarlığımı bildirirəm!

Elmin Nuri
28.08.2013, 01:53

çox təşəkkür edirəm, Rəsul bəy. Modern.az bu tipli yazılarla sizin görüşünüzə tez-tez gələcək.

Durdane Vekilova
29.08.2013, 21:56

Ibrahim aga menim nenemin dogmaca emisi olub. Bu ve bir cox bashqa tarixceleri nenemden eshitmishem.yelena dostum deye xatirlayirdi o mohteshem qadini.o ki qaldi Fariz bey Vekilova...o menim yeniyetmelik caglarimin en yaxin dostu olub. Menim formalashmamda cox boyuk rol olynayib. Qeyri adi bir insan,ziyali idi Fariz baba. Her gun onunla saatlarla oturub sohbet etmekden hezz alirdim. Aci taleyine baxmayaraq cok nikbin,vetenperver bir insan idi. Esil ziyali idi.

Zamiq
30.08.2013, 21:35

Bir tarixci kimi cox sevindim.Cox maraqli melumatdir.Tariximiz ve milli deyerlerimiz ucun muhum menbedir.Teshekkur edirem.

Zamiq
30.08.2013, 21:38

Cox maraqli melumatdir.Tariximiz ve milli deyerlerimiz uchun muhum menbedir.Genclerimiz bu cur elyazmalarla tanish olmali , bilmeli ve daim maraqlanmalidirlar,o cumleden hamimiz.Teshekkur edirem.Bir tarixci kimi cox sevindim

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
Türkiyədə bələdiyyə sədri vuruldu   
14.11.2018, 00:47

Türkiyədə bələdiyyə sədri vuruldu  

Avropada vahid ordu yaradılır
14.11.2018, 00:33

Avropada vahid ordu yaradılır

Solari "Real"ın baş məşqçisi oldu
14.11.2018, 00:15

Solari "Real"ın baş məşqçisi oldu

Orta məktəblərə təhsil robotları paylanılır - VİDEO
14.11.2018, 00:01

Orta məktəblərə təhsil robotları paylanılır - VİDEO

Bakıda Şimali Kipr Türk Cümhuriyyətinin  35-ci ildönümü qeyd edildi
13.11.2018, 23:46

Bakıda Şimali Kipr Türk Cümhuriyyətinin  35-ci ildönümü qeyd edildi

Azərbaycan nefti bahalaşdı
13.11.2018, 23:29

Azərbaycan nefti bahalaşdı

İlham Əliyev: “Slovakiya ilə siyasi, iqtisadi, nəqliyyat sahələrində əməkdaşlığımızı davam etdirəcəyik”
13.11.2018, 23:16

İlham Əliyev: “Slovakiya ilə siyasi, iqtisadi, nəqliyyat sahələrində əməkdaşlığımızı davam etdirəcəyik”

Xüsusi təyinatlılar qəzaya düşdü: 4 ölü
13.11.2018, 23:02

Xüsusi təyinatlılar qəzaya düşdü: 4 ölü

Qusarda sərxoş qəssab yıxılıb öldü
13.11.2018, 22:43

Qusarda sərxoş qəssab yıxılıb öldü

Yunanıstanda təyyarə qəzaya uğradı
13.11.2018, 22:30

Yunanıstanda təyyarə qəzaya uğradı

Türkiyə ordusu 19 terrorçunu məhv etdi
13.11.2018, 22:17

Türkiyə ordusu 19 terrorçunu məhv etdi

Şabranda yol qəzasında piyada öldü
13.11.2018, 22:04

Şabranda yol qəzasında piyada öldü

“Nəsimi bazar”ı sökülərək yerində bina tikilir - VİDEO
13.11.2018, 21:50

“Nəsimi bazar”ı sökülərək yerində bina tikilir - VİDEO

Ombudsman ölümlə təhdid edildi
13.11.2018, 21:33

Ombudsman ölümlə təhdid edildi

İlham Əliyev Slovakiyanın Baş naziri  ilə görüşdü - FOTOLAR
13.11.2018, 21:19

İlham Əliyev Slovakiyanın Baş naziri  ilə görüşdü - FOTOLAR

Gürcüstan həbsxanalarında 93 Azərbaycan vətəndaşı saxlanılır
13.11.2018, 21:09

Gürcüstan həbsxanalarında 93 Azərbaycan vətəndaşı saxlanılır

Tramp iki yüksək vəzifəli şəxsi istefaya göndərir
13.11.2018, 20:55

Tramp iki yüksək vəzifəli şəxsi istefaya göndərir

Agentlik sürücülərə xəbərdarlıq etdi: Ehtiyatlı olun
13.11.2018, 20:41

Agentlik sürücülərə xəbərdarlıq etdi: Ehtiyatlı olun

Nazir məhkəmə sədrləri və hakimləri Şəkiyə topladı
13.11.2018, 20:27

Nazir məhkəmə sədrləri və hakimləri Şəkiyə topladı

Kartof maşınında külli miqdarda pirotexniki vasitələr aşkarlandı - FOTO, VİDEO
13.11.2018, 20:14

Kartof maşınında külli miqdarda pirotexniki vasitələr aşkarlandı - FOTO, VİDEO

“Ermənistandan səsləndirilən fikirlər diplomatik etika və protokola ziddir” - XİN   
13.11.2018, 20:01

“Ermənistandan səsləndirilən fikirlər diplomatik etika və protokola ziddir” - XİN  

Azərbaycanda 500-ə yaxın məhkum elektron qolbaq daşıyır
13.11.2018, 19:40

Azərbaycanda 500-ə yaxın məhkum elektron qolbaq daşıyır

Sabah Bakı və Abşeronun bu hissələrində qaz olmayacaq
13.11.2018, 19:34

Sabah Bakı və Abşeronun bu hissələrində qaz olmayacaq

İlham Əliyev D230 blokunun kəşfiyyatı, işlənməsi və hasilatı üzrə sazişi təsdiqlədi
13.11.2018, 19:24

İlham Əliyev D230 blokunun kəşfiyyatı, işlənməsi və hasilatı üzrə sazişi təsdiqlədi

Azərbaycan Braziliyada diplomatik yarmarkada təmsil olundu - FOTO
13.11.2018, 19:00

Azərbaycan Braziliyada diplomatik yarmarkada təmsil olundu - FOTO

Azərbaycanın və Slovakiyanın Baş nazirləri görüşdü
13.11.2018, 18:58

Azərbaycanın və Slovakiyanın Baş nazirləri görüşdü

“DOST” mərkəzlərinin yaradılması üçün əlavə vəsait ayrıldı
13.11.2018, 18:52

“DOST” mərkəzlərinin yaradılması üçün əlavə vəsait ayrıldı

Prezident nazir Muxtar Babayevə yeni vəzifə verdi
13.11.2018, 18:41

Prezident nazir Muxtar Babayevə yeni vəzifə verdi

Naqif Həmzəyev Gəncədə yeni körpünün tikilməsini  təklif etdi
13.11.2018, 18:25

Naqif Həmzəyev Gəncədə yeni körpünün tikilməsini  təklif etdi

Qənirə Paşayeva parlamentdə vacib problemlərdən danışdı   
13.11.2018, 18:24

Qənirə Paşayeva parlamentdə vacib problemlərdən danışdı  

“Normadan 2 dəfə çox insulin istifadə etməliyik”
13.11.2018, 18:22

“Normadan 2 dəfə çox insulin istifadə etməliyik”

“Yadplanetlilərin varlığını inkar edəcək heç nə yoxdur” – “Sabah” tələbəsi ilə “Atüstü söhbət”     
13.11.2018, 18:15

“Yadplanetlilərin varlığını inkar edəcək heç nə yoxdur” – “Sabah” tələbəsi ilə “Atüstü söhbət”     

AMEA-nın Geologiya və Geofizika İnstitutunun əməkdaşları təltif edilib - SİYAHI
13.11.2018, 18:12

AMEA-nın Geologiya və Geofizika İnstitutunun əməkdaşları təltif edilib - SİYAHI

FHN Şimal Elektrik Stansiyasındakı yanğınla bağlı məlumat yaydı
13.11.2018, 18:10

FHN Şimal Elektrik Stansiyasındakı yanğınla bağlı məlumat yaydı

Deputatdan banklara sərt İTTİHAMLAR
13.11.2018, 18:00

Deputatdan banklara sərt İTTİHAMLAR

Axşamın HAVASI: Külək əsəcək
13.11.2018, 17:58

Axşamın HAVASI: Külək əsəcək

Gövhər Baxşəliyeva alimlərin az maaş almağından narazıdır
13.11.2018, 17:50

Gövhər Baxşəliyeva alimlərin az maaş almağından narazıdır

YAP siyasi partiyalara verilən büdcə vəsaitini artırmağı TƏKLİF EDİR  
13.11.2018, 17:49

YAP siyasi partiyalara verilən büdcə vəsaitini artırmağı TƏKLİF EDİR  

Həsənquliyev hökuməti bütün şəhid ailələrinə yardım etməyə çağırdı
13.11.2018, 17:41

Həsənquliyev hökuməti bütün şəhid ailələrinə yardım etməyə çağırdı

Azay Quliyev QHT-lərə dəstəyin artırılmasını təklif etdi  
13.11.2018, 17:39

Azay Quliyev QHT-lərə dəstəyin artırılmasını təklif etdi  

Manat sabah hansı MƏZƏNNƏDƏ olacaq?
13.11.2018, 17:37

Manat sabah hansı MƏZƏNNƏDƏ olacaq?

Tramp Makronu “Twitter”də “vurdu”
13.11.2018, 17:30

Tramp Makronu “Twitter”də “vurdu”

Bakıda 46 köçkün ailəsinin yaşayış yeri yandı - Komitə sədri hadisə yerinə gəldi
13.11.2018, 17:22

Bakıda 46 köçkün ailəsinin yaşayış yeri yandı - Komitə sədri hadisə yerinə gəldi

“O rayonları həvəsləndirmək lazımdır” – Deputat məsələ qaldırdı
13.11.2018, 17:20

“O rayonları həvəsləndirmək lazımdır” – Deputat məsələ qaldırdı

Dövlət Komitəsində məcburi köçkünlərlə növbəti görüş olub
13.11.2018, 17:18

Dövlət Komitəsində məcburi köçkünlərlə növbəti görüş olub

“Nar”-dan ADA Universitetinin Təqaüd Proqramına dəstək
13.11.2018, 17:15

“Nar”-dan ADA Universitetinin Təqaüd Proqramına dəstək

“Yeni tikilən xəstəxanalar, idman kompleksləri sahibkarlara icarəyə verilməlidir”
13.11.2018, 17:14

“Yeni tikilən xəstəxanalar, idman kompleksləri sahibkarlara icarəyə verilməlidir”

Deputat qiymət artımına etiraz etdi
13.11.2018, 17:11

Deputat qiymət artımına etiraz etdi

Əflatun Amaşov media və təhsillə bağlı təklif verdi  
13.11.2018, 16:51

Əflatun Amaşov media və təhsillə bağlı təklif verdi  

Azarkeşləri “Qarabağ”ı cərimələtdi  
13.11.2018, 16:48

Azarkeşləri “Qarabağ”ı cərimələtdi  

ARXİV