Modern.az

Azərbaycanda bu universitet üçün yeni yataqxana tikilir

Azərbaycanda bu universitet üçün yeni yataqxana tikilir

Aktual

31 Yanvar 2026, 00:50

Naxçıvan Dövlət Universitetinin nəzdində yeni tələbə yataqxanasının tikintisi nəzərdə tutulur.

 

Modern.az xəbər verir ki, bu barədə Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev media nümayəndələri üçün keçirilən brifinqdə deyib.

 

Rektor bildirib ki, 2026-cı ildə istifadəyə verilməsi planlaşdırılan yataqxana tələbələrin yaşayış şəraitinin yaxşılaşdırılmasına, xüsusilə regiondan və xarici ölkələrdən gələn tələbələrin sosial-məişət problemlərinin aradan qaldırılmasına xidmət edəcək.

 

Elbrus İsayev qeyd edib ki, son illərdə universitetdə tələbə kontingentinin əhəmiyyətli dərəcədə artması bu cür infrastruktur layihələrinin həyata keçirilməsini zəruri edib. Yeni yataqxanan;n müasir tələblərə cavab verən şəraiti olacaq.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Sərhədimizdə yeni gərginlik - Müharibə hazırlığı başladı