Modern.az

Vəzirovun Ağdamdakı “daçası” dağıdılmayıb - FOTOLAR

Vəzirovun Ağdamdakı “daçası” dağıdılmayıb - FOTOLAR

Təhsil

1 Noyabr 2013, 17:08

“Stepanakertdən (Xankəndi-S.L.) Mardakertə (Ağdərə-S.l.) gedən yolun yaxınlığında böyük bir tikili diqqətimi o dəqiqə cəlb etdi.

Məni müşayiət edən artsaxlılar (Qarabağ erməniləri) sual dolu baxışlarıma cavab olaraq “Bu, Vəzirovun “daçası”dır” dedilər. Qalanı xatırladan tikili Qarabağ müharibəsinin gedişində zahirən demək olar ki, zədələnməyib. Azərbaycanın keçmiş hökumət bağ evi (yəqin ki, orada sonuncu dəfə Azərbaycan KPMK-nın o vaxtkı I katibi Əbdürrəhman Vəzirov dincəlib-S.L.) Ağdam rayon mərkəzinin bir neçə kilometrliyində yerləşir. Yerli sakinlərin sözlərinə görə, burada varlı azərbaycanlıların bağ evləri olub...”.

Modern.az saytının xəbərinə görə, bu sətirlərin müəllifi erməni jurnalisti Lusine Budaqyan daha sonra Ağdamın xarabalıqlarını təsvir edir, Ağdamın türməsindən və məşhur bazarından danışır...

2010-cu ildə qondarma “DQR” administrasiyası 20 ildən çoxdur işğal altında olan rayonumuzun adını dəyişib “Akna” qoyub ki, bu da ermənicə “insansız şəhər” deməkdir... Ağdam yaxınlığında qəsbkar ermənilər guya, tarixi erməni şəhəri olan “Tiqranakert”in qalıqlarını tapmaq üçün qazıntılar aparırlar...

Erməni müxbir Ağdərə-Xankəndi yolundakı (keçmişdə baba-nənələrimiz bu yola “daşnak yolu” deyirmişlər) körpüdən də danışır. Həmin körpü 1992-ci ilin iyununda Azərbaycan ordusu Ağdərəni azad edərkən ermənilər tərəfindən partladılıb. Həmin vaxtdan da körpü dağılmış vəziyyətdə qalıb. Artıq bu gün körpü lazım deyil. Çünki 20 illik ayrılığa “dözməyən” çay da “ağlamaqdan” quruyub...


Vəzirovun Ağdamdakı "daçası"

Ağdam türməsi...

Xankəndi yolunda uçmuş körpü..

Sultan Laçın

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir