Modern.az

Almaniya Macarıstanı Rusiyaya sanksiyaları nəzərdən keçirməyə ÇAĞIRDI

Almaniya Macarıstanı Rusiyaya sanksiyaları nəzərdən keçirməyə ÇAĞIRDI

Dünya

24 Fevral 2026, 02:22

Almaniyanın XİN rəhbəri Macarıstanı Rusiyaya qarşı sanksiyalarla bağlı mövqeyini yenidən nəzərdən keçirməyə çağırıb.

Modern.az xəbər verir ki, Almaniyanın xarici işlər naziri Yohann Vadeful Macarıstanı Rusiyaya qarşı növbəti sanksiyalar paketinin qəbulunu bloklamaq qərarını yenidən nəzərdən keçirməyə çağırıb.

Nazir bildirib ki, Macarıstanın mövqeyi onu təəccübləndirib:

“Macarıstanın mövqeyi məni təəccübləndirdi. Biz bunu macar həmkarlarımızla müzakirə edəcəyik. Buna görə də həm Budapeştdə, həm də burada – Brüsseldə – arqumentlərimizi bir daha təqdim edəcəyik ki, bu mövqe yenidən nəzərdən keçirilsin”, – deyə Vadeful Avropa İttifaqı xarici işlər nazirlərinin Brüsseldə keçirilən görüşünə gələrkən bildirib. (Reuters)

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...