Modern.az

“Gündəlik Teleqraf” bağlandı, Taleh Şahsuvarlı saytdan getdi

“Gündəlik Teleqraf” bağlandı, Taleh Şahsuvarlı saytdan getdi

14 Mart 2016, 15:02

“Gündəlik Teleqraf” qəzetinin şef redaktoru Taleh Şahsuvarlı vəzifəsindən gedib. Modern.az saytı xəbər verir ki, bu barədə Taleh Şahsuvarlının özü məlumat verib.

““Gündəlik Teleqraf" qəzeti öz fəaliyyətini dayandırdığı üçün 01.03.2012-ci ildən bəri çalışdığım, hər zaman nüfuzunu və maraqlarını qorumağa çalışdığım, bunun üçün əlimdən gələni əsirgəmədiyim holdinqdən ayrılmaq qərarına gəldim. Qəzet fəaliyyətini dayandırsa da,Teleqraf.com portalı öz fəaliyyətini davam etdirəcək. Lakin qzəetin online sistemdə işləməsi  başlamış olduğum romanı bitirmək, özümə və ailə üzvlərimə zaman ayırmaq baxımdan mənə münasib deyil. Bilirəm ki, necə deyərlər, mənim əskim tüstülüdür, odur ki, çoxlu söz-söhbət yayılacaq.

Ona görə də bəribaşdan deyim ki, holdinqin rəhbərliyi ilə bu günə qədər aramda heç bir sorun olmayıb, indi də yoxdur, gələcəkdə də olmayacaq. Hörmətli Aynur Camal işdə qalmağım üçün ən optimal təklifləri verdi. Biz Azərbaycanda ən yaxşı, dedi-qodudan uzaq, heç bir daxili intriqaya imkan yaratmayan kollektiv olmuşuq. Bu kollektivlə fəxr edirəm! Bundan sonrakı fəaliyyətində hər kəsə uğurlar diləyir, hər birinə şəxsi və ictimai həyatında nailiyyətlər arzulayır, "Gündəlik Teleqraf" MMC-yə daxil olan və yaşayan portalların xəbər məkanında öz mövqeyini daha da gücləndirməsini arzu edirəm! Haqqınızı halal edin, haqqım halalınız olsun”.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər