Modern.az

"Əminəm ki, sülh sazişinin reallaşması əmin-amanlıq yaradacaq"

"Əminəm ki, sülh sazişinin reallaşması əmin-amanlıq yaradacaq"

Ölkə

10 Fevral 2026, 19:55

"Biz çalışırıq ki, iki ölkə hansı bir toqquşma yenidən başlamasın xalqlar arasında təmaslar qurulsun və biz bu yolla irəliləmək istəyirik".

Modern.az xəbər verir ki, bu sözləri ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vens Bakıda Azərbaycan Prezidenti İlham Əliyevlə görüşdən sonra keçirilən birgə mətbuat konfransında deyib.

Sülh istiqamətində atılan addımlara toxunan vitse-prezident əlavə edib: "Buna görə Prezident İlham Əliyevə böyük təşəkkür düşür".

Sülh sazişinin reallaşmasının gələcəkdə əmin-amanlıq yaradacağına və münaqişənin qarşısını alacağına əminliyini ifadə edən Ceyms Devid Vens bunu Prezident İlham Əliyevin rəhbərlik keyfiyyətlərinin təzahürü adlandırıb. (AZƏRTAC)

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?