Modern.az

Bakıdan qaçan erməni qadın həndbolçunun Azərbaycan XATİRƏLƏRİ

Bakıdan qaçan erməni qadın həndbolçunun Azərbaycan XATİRƏLƏRİ

9 İyun 2016, 13:34

Məşhur bakılı həndbolçusu, hazırda Rusiyada yaşayan Stella Vartanyan Azərbaycanla bağlı xatirələrini bölüşüb.

 

Modern.az saytı Rusiya KİV-nə istinadən xəbər verir ki, erməni əsilli idmançı gəncliyində Bakının “Avtomobilçi” klubundakı çıxışını xatırlayıb.

 

“Sovet dövründə Azərbaycan SSR-in paytaxtında qadın həndbolu çox populyar idi.  Yerli “Avtomobilçi” klubu yüksək liqada layiqli mübarizə aparmaqla yanaşı, medallara da iddialı olurdu.  Düzdür, Kiyev “Spartak”ı ilə rəqabət çətin olsa da, 9 gümüş və 7 bürünc medal bakılılar tərəfindən qazanılmışdı”.

 

Bakıdakı 277 saylı uşaq-gənclər idman məktəbində 10 il (1977-1987) həndbol hazırlığı keçən Stella Vartanyan 1990-cı ilə qədər yerli “Avtomobilçi” klubunda çıxış edib.

 

Lakin Azərbaycanla Ermənistan arasında gərginlik yarandıqdan sonra Stella Vartanyan Rusiyanın Volqoqrad şəhərinə köçüb və öz idman karyerasını burada davam etdirib.

 

Stella Vartanyan 1970-ci il dekabrın 9-da Bakıda anadan olub.

 

 O müxtəlif illərdə həndbol üzrə tələbələr arasında dünya çempionu, 3 qat Rusiya çempionu, Avropa Superkubokunun sahibi olub.

 

Hazırda bakılı həndbolçu beynəlxalq dərəcəli hakim kimi fəaliyyət göstərir.   

 

Vüqar İsmayılov  

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Qazaxda mina partladı - 4 nəfər xəsarət aldı