Modern.az

Futbol turnirinə qatılan azərbaycanlı deputatlar sabah qayıdır

Futbol turnirinə qatılan azərbaycanlı deputatlar sabah qayıdır

Parlament

5 Aprel 2026, 20:33

Türkiyənin Antalya şəhərində Türk Dünyası Parlamentlərarası beynəlxalq futbol turnirində iştirak edən Azərbaycan parlamentinin nümayəndələri sabah ölkəyə qayıdır.

Bu barədə Modern.az-a heyətdən məlumat verilib. 

Bildirilib ki, final matçında Türkiyə milli komandası ilə oyunda zədələnən deputat Kamran Bayramovun vəziyyəti stabil olaraq qalır. Deputat Bayramovun sağlıq durumu normaldır, ancaq ölkəyə qayıtdıqdan sonra cərrahi müdaxiləyə ehtiyac olacaq. 

Xatırladaq ki, final oyununda deputat Kamran Bayramov oyunun 20-ci dəqiqəsində ciddi zədə alıb. O, həkimlərin müdaxiləsindən sonra meydanı tərk etməli olub.

Bildirək ki, Türk Dünyası Parlamentlərarası beynəlxalq futbol turnirində Azərbaycan komandası ikinci yeri, Türkiyə isə birinci yeri tutub.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Baş nazirin mülkləri niyə indi ÜZƏ ÇIXDI - Ölkədə nə baş verir?