Modern.az

Bu gün Şimali İrlandiya - Azərbaycan: uğurlu seriya davam edəcək?

Bu gün Şimali İrlandiya - Azərbaycan: uğurlu seriya davam edəcək?

11 Noyabr 2016, 09:50

Bu gün “Dünya Çempionatı-2018”in seçmə mərhələsində növbəti oyunlar keçiriləcək. Modern.az saytı xəbər verir ki, Azərbaycan millli komandası səfərdə Şimali İrlandiyanın qonağı olacaq.

Xatırladaq ki, Azərbaycan millisi ilk 3 turda məğlub olmayıb.

Yığmamız bugünkü oyuna ciddi itki ilə çıxacaq. Belə ki, kapitan Rəşad Sadıqov zədə səbəbindən çətin səfərdə meydana çıxa bilməyəcək. Matç saat 23:45-də başlayacaq.


Millimizin baş məşqçisi Robert Prosineçki ötən gün keçirdiyi mətbuat konfransında bugünkü oyuna ilk 11-likdə aşağıda adları qeyd olunan futbolşulara şans verəcəyini deyib:

Kamran Ağayev, Məhəmməd Mirzəbəyov, Maksim Medvedev, Bədavi Hüseynov, Arif Daşdəmirov, Qara Qarayev, Rahid Əmirqiliyev, Emin Mahmudov, Ramil Şeydayev, Əfran İsmayılov, Ruslan Qurbanov


 
C qrupu

IV tur

23:45. Şimali İrlandiya - Azərbaycan
Baş hakim:
Klement Turpin
Baş hakimin köməkçiləri: Nikolas Danos, Siril Qrinqor
Dördüncü hakim: Frank Şneyder (hamısı Fransa)
Belfast. “Vindzor Park” stadionu

23:45. Çexiya – Norveç

23:45 San Marino - Almaniya 
 

 

1.

Almaniya

3

3

0

0

8-0

9

2.

Azərbaycan

3

2

1

0

2-0

7

3.

Şimali İrlandiya

3

1

1

1

4-2

4

4.

Norveç

3

1

0

2

4-5

3

5.

Çexiya

3

0

2

1

0-3

2

6.

San Marino

3

0

0

3

1-9

0

Sizə yeni x var
Keçid et
Paşinyandan gözlənilməz addım - Azərbaycanı təbrik etdi