Modern.az

İlqar Mikayıloğlunu ilan sancdı 

İlqar Mikayıloğlunu ilan sancdı 

14 İyul 2017, 14:48

Tanınmış teleaparıcı İlqar Mikayıloğlunu çəkiliş zamanı ilan sancıb. 

 

Bu barədə Modern.az-a aparıcının həyat yoldaşı Zülfiyyə Bayramova məlumat verib.

 

Z.Bayramova deyib ki, İ.Mikayıloğlunu Füzuli rayonu Haramı düzündə verilişin çəkilişi zamanı ilan sancıb:

 

“Dərhal hospitala aparıldı. İlkin tibbi yardım edilib. Həkimlərin vəziyyətin normal oldğunu deyir. Hazırda Bakıya gəlirik”.

 

Aparıcının xanımı sancan ilanın növünün zəhərli olub-olmadığından narahat olduqlarını deyib:

 

“Bilmirik ilan zəhərlidir, yoxsa zəhərsiz. Həkimlər ilkin tibbi yardımın qaydasında edildiyini bildirir. İlqarı təcili yardıma mindirəndə yaxşı idi, huşu da özündə idi. Amma biz ayrı-ayrı maşınlarda gəlirik. Ümid edirəm ki, hər şey qaydasındadır”.

 

Gülşən RAUFQIZI

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Paşinyandan gözlənilməz addım - Azərbaycanı təbrik etdi