Modern.az

Cocuq Mərcanlıya 1-ci köç bu gün yekunlaşdı  

Cocuq Mərcanlıya 1-ci köç bu gün yekunlaşdı   

18 İyul 2017, 13:12

İyulun 18-də Cəbrayılın Cocuq Mərcanlı kəndinə köç başa çatıb.

Bu barədə Modern.az-a Cəbrayılın Cocuq Mərcanlı kənd inzibati ərazi dairəsi üzrə icra nümayəndəsi Xanlar Zeynalov məlumat verib.

X.Zeynalov deyib ki, bu gün Biləsuvarda məskunlaşan son 6 məcburi köçkün ailəsi də kəndə köçürülüb.

“Artıq ilkin mərhələ üçün 50 ailənin köçürülməsi yekunlaşıb”.


Qeyd edək ki, birinci mərhələdə kənddə 10 hektarərazidə 50 fərdi evin və müvafiq infrastrukturuntikintisi aparılıb. Tikilmiş evlərə Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndindən olan və əsasən Bakı şəhərində müvəqqəti məskunlaşmış məcburi köçkünlər köçürülüb. Ümumi sahəsi 3850 kvadratmetr olan mənzillərin 20-si ikiotaqlı, 25-i üçotaqlı, 5-i isə dördotaqlıdır. Həmin evlərdə 50 ailə yaşayır.

İkinci mərhələdə daha 100 evin tikintisi həyata keçiriləcək.

 

Gülşən RAUFQIZI

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu