Modern.az

Bu küçədə hərəkət məhdudlaşdırılacaq

Bu küçədə hərəkət məhdudlaşdırılacaq

Aktual

3 Mart 2026, 17:10

Bakının Xətai rayonunun Süleyman Vəzirov küçəsinin Fəzail Bayramov küçəsindən Sənan Kərimov küçəsinə qədərki hissəsində aparılacaq əsaslı təmir işləri ilə əlaqədar olaraq sabah saat 08:00-dan saat 22:00-a qədər nəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaq.

Modern.az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.

"Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, qeyd olunan ərazidə hərəkət zamanı diqqətli olmaları, müvəqqəti yol nişanlarının tələblərinə və yol hərəkəti qaydalarına ciddi şəkildə əməl etmələri xahiş olunur", - deyə məlumatda qeyd olunub.

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İrana DƏHŞƏTLİ HÜCUM hazırlığı başladı - ABŞ desant göndərdi