Modern.az

Ata və qızı niyə öldürüldü? - TƏFƏRRÜAT- YENİLƏNİB  

Ata və qızı niyə öldürüldü? - TƏFƏRRÜAT- YENİLƏNİB   

Aktual

11 Sentyabr 2017, 17:03

Sentyabrın 10-na keçən gecə Abşeron rayonunda ata və qızının qətlə yetirilməsi hadisəsi ilə bağlı yeni faktlar üzə çıxıb. Lent.az-ın əldə etdiyi məlumata görə, hadisəni törətmiş 50 yaşlı Sahib Hacıyev əslində qeyri-rəsmi nikahda yaşadığı 38 yaşlı Samirə Əsədovanı öldürmək istədiyini deyib. O bildirib ki, Samirəni 3 bıçaq zərbəsi ilə öldürdükdən sonra qadının atasının da bıçaq xəsarəti aldığını görüb və ona kömək etməyə çalışıb. Lakin bu zaman Allahverdi Əsədov Sahib Hacıyevdən vurduğu maşını düzəltdirməsini tələb edib. 64 yaşlı kişinin qızının taleyini deyil, maşını düşünməsi Sahib Hacıyevi özündən çıxarıb və o, daha bir neçə bıçaq zərbəsi ilə kişini də öldürüb.

 

Qeyd edək ki, Sahib Hacıyev cinayəti əvvəlcədən planlaşdırıb və özünə məxsus olan "Mercedes" ilə yol kənarında "VAZ 2107" ilə qızının gəlməsini gözləyən Allahverdi Əsədovu izləyib. Samirə Əsədova maşına minən kimi o, 64 yaşlı kişinin sürdüyü maşını arxadan vurub və planını həyata keçirib. 

Araşdırmalar zamanı məlum olub ki, ailəli olan 50 yaşlı Sahib Hacıyev özündən 12 yaş kiçik Samirə ilə bir neçə il əvvəl tanış olub və onlar arasında sevgi münasibəti yaranıb. Qeyri-rəsmi nikahda yaşayan cütlük arasında münasibətlər bir müddət əvvəl pozulub. Samirənin başqa şəxslə görüşdüyünü öyrənən Sahib ona dəfələrlə zəng vursa da, buna cavab ala bilməyib. Nəhayət Samirə Əsədova sevgilisinə başqa şəxslə də görüşə biləcəyini, onu belə qəbul etməsini söyləyib. Lakin Sahib qadının bu sözlərini qəbul etməyib və onu öldürməyi qərara alıb. Ardıcıl telefon zənglərinə cavab ala bilməyən 50 yaşlı kişi Samirəni hər dəfə rayonlara yola salıb-gətirən atasını izləməyə başlayıb. O, taksi sürücüsü olan Allahverdi Əsədovun Sulutəpə dairəsinin yaxınlığında qızını gözlədiyini müəyyən edəndən sonra Samirənin gəlməyini gözləyib. 38 yaşlı qadın atasının idarə etdiyi “VAZ 2107” markalı avtomobilə minən kimi Sahib idarə etdiyi “Mercedes”lə həmin maşını arxadan vurub. Nə baş verdiyini anlamağa çalışan Samirə ilə atası maşından düşüb. Bu zaman Sahib özü ilə gətirdiyi mətbəx bıçağı ilə Samirəyə 3 zərbə endirərək onu öldürüb. O, araya girən Allahverdi Əsədova da bir zərbə endirib və onun xəsarətinin ağır olduğunu görəndən sonra 64 yaşlı kişini də öldürüb.

 

Ətrafa xeyli insanın toplandığını görən Sahib Hacıyev maşınla evinə gedib və polisə zəng edərək onu aparmasını xahiş edib.

 

O da məlum olub ki, S.Hacıyev cinayəti törətməyə getməzdən əvvəl borclu olduğu şəxslərin pulunu verib. Bəlli olub ki, onun ailəsi də Sahibin Samirə ilə qeyri-rəsmi yaşamasından və onu dəlicəsinə sevməsindən məlumatlı olub.

 

Faktla bağlı başlanmış cinayət işinin istintaqı davam etdirilir.

***



Daxili İşlər Nazirliyi (DİN) ata vı qızının qətli ilə bağlı məlumat yayıb.

Modern.az xəbər verir ki, DİN-in məlumatına görə, sentyabrın 9-da saat 23 radələrində Abşeron rayonunun Sulutəpə qəsəbəsi ərazisində naməlum sürücü idarə etdiyi “Mercedes” markalı avtomobili yolun kənarında dayanan, paytaxt sakini Allahverdi Əsədova məxsus “VAZ-2107” markalı avtomobilə vurub. Sonra o, hadisə yerinin yaxınlığında olan A.Əsədova, qızı Samirəyə bıçaqla xəsarət yetirərək hadisə yerini tərk edib. Nəticədə A.Əsədov və qızı hadisə yerində ölüblər.

DİN-in Baş Cinayət Axtarışı İdarəsi, Abşeron RPİ və Kürdəmir RPŞ əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə hadisəni münaqişə zəminində törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Sahib Hacıyev Müşfiq qəsəbəsi ərazisində tutulub.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi