Modern.az

Zelenski ona Baş nazir olmağı təklif etdi

Zelenski ona Baş nazir olmağı təklif etdi

Dünya

14 İyul 2025, 16:00

Ukrayna prezidenti Vladimir Zelenski baş nazirin birinci müavini, iqtisadiyyat naziri Yuliya Sviridenkoya hökumətin başına keçmək təklifi edib.

Modern.az xəbər verir ki, bu barədə dövlət başçısı Telegram-da bildirib.

"Biz həmçinin Ukraynanın iqtisadi potensialını gücləndirə, ukraynalılara dəstək proqramlarını genişləndirə və öz silah istehsalımızı artıra biləcək konkret tədbirləri müzakirə etdik. Bu məqsədlə biz Ukraynada icra hakimiyyəti sisteminin transformasiyasına başlayırıq. Mən Yuliya Sviridenkonun Ukrayna hökumətinə başçılıq etməsini və onun işini əhəmiyyətli dərəcədə yeniləməyi təklif etmişəm", - Zelenski vurğulayıb.

Prezident yaxın vaxtlarda yeni hökumətin fəaliyyət proqramının təqdim olunmasını gözləyir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakıya hücumlar pik həddə çatdı - Türkiyədə nə baş verir?