Modern.az

“Çelsi”-Qarabağ”: başqa ölkələrdən komandamızı dəstəkləmək üçün  Londona gəlirlər

“Çelsi”-Qarabağ”: başqa ölkələrdən komandamızı dəstəkləmək üçün  Londona gəlirlər

Aktual

11 Sentyabr 2017, 15:03

“Qarabağ” futbol komandasının Azərbaycan futbolunda yeni tarix yazdığı hər kəsə məlumdur. Çünki indiyədək heç bir klubumuz ÇL-in pley-off mərhələsinə yüksələ bilməyib.

 

Sabah isə Çempionlar Liqasının qrup mərhələsinin I turu çərçivəsində Londonda "Çelsi"-"Qarabağ" oyunu keçiriləcək.  Hazırda komanda azərkeşləri ilə yanaşı, Azərbaycan xalqının ürəyi “Qarabağ”la döyünür. Təbii ki, bütün soydaşlarımız komandaya dəstək olmaq üçün əlindən gələni əsirgəmir.

 

Maraqlıdır, bu məsələdə İngiltərədə fəaliyyət göstərən Azərbaycan diaspor  təşkilatlarının iştirakı necədir?

 

Bu barədə diaspor fəalı, tanınmış jurnalist Elnur Eltürk Modern.az-a açıqlama verib. O bildirib ki, “Çelsi”-“Qarabağ” oyununa görə diaspor təşkilatlarımız ilk gündən fəal idilər:

 

“Artıq 450 biletin satıldığı haqqında məlumat yayılıb. İlk gündən “Qarabağ”ın  Londona gələcəyi ilə bağlı xəbərlərdən sonra soydaşlarımız arasında canlanma müşahidə olunurdu.  İngiltərdə yaşayan güneyli-quzeyli soydaşlarımız oyunu səbrsizliklə gözləyirlər. Fəallıq sosial şəbəkələrdə də hiss olunur. Londonda yaşayan fəallarla söhbətim zamanı onların klubumuza dəstək verəcəklərini bildiriblər. Tez-tez İngiltərədə yaşayan diaspor fəalları ilə danışıram. Oyun qabağı ümumi əhval-ruhiyyə çox yaxşıdır. Digər ölkələrdən də komandamıza dəstək üçün gələnlər var.

 

Qeyd edim ki, “Kopenhagen”-“Qarabağ” oyununda yüzlərlə soydaşlarımız doğma komandamıza öz dəstəyini göstərdi. Bu dəfə də belə olacağına inanıram. Mənə verilən məlumata görə, İngiltərədə yaşayan yüzlərlə soydaşlarımız kluba dəstək verəcəklər”.

 

Qeyd edək ki, "Çelsi" - "Qarabağ" görüşü sabah saat 22:45-də başlayacaq.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi