Modern.az

Bilik Günü Bakı marşrutlarında avtobusların sayı artırılacaq

Bilik Günü Bakı marşrutlarında avtobusların sayı artırılacaq

11 Sentyabr 2017, 15:58

15 sentyabr - Bilik Günü ilə əlaqədar Bakı Nəqliyyat Agentliyi (BNA)paytaxtda yarana biləcək sıxlığın aradan qaldırılması ilə bağlı tədbirlər görüb.

 

Bu haqda BNA-nın mətbuat xidmətindən Modern.az-a verilən məlumatda bildirilib.

 

BNA rəhbərliyi həmin gün səhər saatlarında yarana biləcək sərnişin sıxlığının minimuma endirilməsi və əhalinin təhsil müəssisələrinə, iş yerlərinə vaxtında, eyni zamanda rahat çatmasını təmin etmək üçün paytaxtda müntəzəm sərnişindaşıma ilə məşğul olan şirkətlərə xüsusi göstəriş verib.

 

Göstərişə əsasən, sərnişin avtobuslarının hərəkət intervalı mümkün qədər azaldılmalı, zərurət yarandığı halda günün pik saatlarında avtonəqliyyat vasitəsinin sayı artırılmalıdır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi