“Qubanın Qırmızı qəsəbəsində Yəhudi muzeyi tikilir”.
Bunu Milli Məclisin İnsan hüquqları komitəsinin sədrinin müavini, yəhudi deputat Yevda Abramov Modern.az-a açıqlamasında deyib.
Deputat bildirib ki, hazırda muzeyin tikintisi istiqamətində böyük iş gedir.
“Mən tez-tez ora gedib tikinti işlərilə maraqlanıram. Biz istəyirdik ki, Yəhudi muzeyinin açılışı prezident İlham Əliyev Qubaya səfər edənə qədər bitirək. Amma bilmirəm ki, o müddətə bitirə biləcəyik, ya yox. Güman edirəm ki, muzeyin tikintisi bu ilin sonuna qədər bitər”.
Yevda Abramov qeyd edib ki, Qırmızı qəsəbədəki Yəhudi muzeyi Azərbaycandakı yəhudi icmasının və iş adamlarının maliyyə dəstəyi ilə tikilir.