Modern.az

Quba və Xaçmaz üç gün qazsız qalacaq

Quba və Xaçmaz üç gün qazsız qalacaq

Aktual

11 Sentyabr 2017, 20:28

Sabahdan ölkənin iki rayonuna qaz verilməsində məhdudiyyət olacaq. “Azəriqaz” İB-nin İctimaiyyətlə əlaqələr şöbəsindən Modern.az-a verilən məlumata görə “Gəndob-Xaçmaz-Yalama-Rusiya Federasiyası dövlət sərhədi” avtomobil yolunda aparılan təmir işləri ilə bağlı tikinti sahəsinə düşən və “Qaz İxrac” İdarəsinin balansında olan “Mozdok-Qazıməmməd” magistral qaz kəmərinin kəsişmə yerlərində yeni quraşdırılmış keçidlərin mövcud şəbəkəyə birləşdirilməsi ilə əlaqədar, sentyabrın 12-i, saat 07:00-dan 3  gün müddətində “Quba” və “Xaçmaz” Qazpaylayıcı stansiyalarından qaz təchizatı dayandırılacaq. Təmir müddətində Xaçmaz və Quba rayonlarına təbii qazın verilişində məhdudiyyət yaranacaq.

 

Göstərilən müddət ərzində təmir işləri  yekunlaşdırılaraq təbii qazın verilişi təmin ediləcək və yaranacaq məhdudiyyətlə bağlı “Azəriqaz” İB-yi bütün istehlakçılardan təbii qazdan istifadə zamanı xüsusilə diqqətli olmalarını və texniki təhlükəsizlik qaydalarına riayət edilməsini xahiş edir.

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi