Modern.az

ATƏT Mehman Əliyevin həbsdən azad olunmasını alqışlayıb

ATƏT Mehman Əliyevin həbsdən azad olunmasını alqışlayıb

11 Sentyabr 2017, 20:43

ATƏT-in Media Azadlığı üzrə nümayəndəsi Harlem Desir azərbaycanlı jurnalist və media eksperti Mehman Əliyevin həbsdən azad olunmasını alqışlayıb.

Modern.az xəbər verir ki, ATƏT-in saytında yayılan məlumata görə, o bu müsbət addımı alqışladığını bildirib və səlahiyyətli şəxsləri  Mehman Əliyevin üzərindən bütün ittihamları götürməyə çağırıb: “Media azadlığı ofisi məsələni yaxından izləməyə davam edəcək. Biz media azadlığı və jurnalistlərin təhlükəsizliyinin təmin olunmasında Azərbaycana yardım göstərməyə hazırıq”.

Qeyd edək ki, media eksperti bloqer Aleksandr Lapşinin əfv edilməsi barədə qərarı müsbət addım kimi dəyərləndirib.

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi