Modern.az

Avropa Şurasından Mehman Əliyevlə bağlı bəyanat

Avropa Şurasından Mehman Əliyevlə bağlı bəyanat

Aktual

11 Sentyabr 2017, 21:50

Avropa Şurasının baş katibi Torbyorn Yaqland "Turan" İnformasiya Agentliyinin direktoru Mehman Əliyevin azad edilməsi ilə bağlı qərarı alqışlayıb. Modern.az xəbər verir ki, bu barədə Avropa Şurasının bəyanatında deyilir.

Baş katib bu müsbət addımı alqışladığını bildirib və Mehman Əliyevin üzərindən bütün ittihamları götürməyə çağırıb.

Qeyd edək ki, Mehman Əliyev 2017-ci il avqustun 24-də saxlanılıb. Ona Cinayət Məcəlləsinin 192.2.2 (qanunsuz sahibkarlıq), 213.1 (vergi ödəməkdən yayınma) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham elan edilərək Yasamal Rayon Məhkəməsinin qərarı ilə barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi