Modern.az

Sumqayıt sakinini döyən silahlı şəxslər yaxalandı  

Sumqayıt sakinini döyən silahlı şəxslər yaxalandı   

12 Sentyabr 2017, 12:22

Sumqayıt sakinini küçədə döyən silahlı şəxslər yaxalanıb.

 

Daxili İşlər Nazirliyindən Modern.az-a verilən məlumata görə, sentyabrın 11-də Sumqayıt şəhəri ərazisində şəxsiyyəti məlum olmayan 2 nəfər xuliqanlıq zəminində şəhər sakini Mirmehdi Cəfərovu döyüb və tapança ilə hədələyiblər.

 

Sumqayıt ŞPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə hadisəni törətməkdə şübhəli bilinən həmyerliləri Anar Tağızadə və Qabil Əliyev tutulublar.

 

A.Tağızadədən 1 ədəd idman və 1 ədəd pnevmatik tapança götürülüb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi