Modern.az

Zakir Həsənov İsraildə Azərbaycanın Milli Qəhrəmanının qardaşı ilə görüşüb

Zakir Həsənov İsraildə Azərbaycanın Milli Qəhrəmanının qardaşı ilə görüşüb

12 Sentyabr 2017, 13:24

İsrailə rəsmi səfəri çərçivəsində Müdafiə naziri, general-polkovnik Zakir Həsənov bu ölkədə yaşayan Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun qardaşı Rantik Aqarunovla görüşüb.

 

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Modern.az-a bildirilib ki, görüş zamanı ölkəmizin ərazi bütövlüyü və torpaqlarımızın müdafiəsi uğrunda şəhid olmuş Vətən övladlarının xatirəsi yad edilib, o cümlədən A.Aqarunovun həyat yolu, döyüşlərdə iştirakı bir daha xatırlanıb. Bildirilib ki, Azərbaycanda yaşayan digər xalqların nümayəndələri kimi yəhudi əsilli bu qəhrəman da Azərbaycanı daim vətəni bilib, torpağı uğrunda döyüşüb, canını onun müstəqilliyi və suverenliyi uğrunda fəda edib.

 

R.Aqarunov qardaşının xatirəsinə göstərilən yüksək diqqət və qayğıya görə ailəsi adından Azərbaycan dövlətinə minnətdarlığını bildirib.

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi