Modern.az

Axtarışda olan 41 nəfər tutuldu

Axtarışda olan 41 nəfər tutuldu

12 Sentyabr 2017, 14:05

Respublikanın daxili işlər orqanları tərəfindən ötən gün qeydə alınmış 84 cinayət faktından 14-nün üstü “isti izlər”lə açılıb.

 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, Cinayət Məcəlləsinin müxtəlif maddələri üzrə axtarılan 41 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib.

 

Respublikanın avtomobil yollarında baş vermiş beş yol-nəqliyyat hadisəsi nəticəsində 5 nəfər ölüb, 21 nəfər xəsarət alıb.

 

Daxili işlər orqanları əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli səkkiz fakt müəyyənləşdirilib.

 

Cinayət törətməkdə şübhəli bilinən 21 nəfər tutulub.

 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi