Modern.az

Dünyanın 10 ən təhlükəli yeri - FOTOLAR

Dünyanın 10 ən təhlükəli yeri - FOTOLAR

Aktual

26 Fevral 2018, 17:48

Planetimiz hər zaman canlılığı, çeşidliliyi ilə bizi təəcüübləndirməyə davam edən həyəcan verici, gözəl və cəlbedici yerdir. Möhtəşəm dağlara, mükəmməl yanardağlara, çaylara, ucsuz-bucaqsız səhralara və daha çoxuna ev sahibliyi edir. Ancaq, təbiətin gözəl olduğu kimi təhlükəli olduğunu da unutmamaq lazımdır.  Dünyanın bəzi yerləri var ki, siz həmin yerlərə səyahət etməyi istəməzsiniz.

 

Ölüm vadisi, ABŞ

 

Əgər Yer bizim evimizdirsə, Ölüm vadisi də bu evin qovurucu istilikdəki sobasıdır. Bu başgicəlləndirici səhrada, bu günə qədər planetimizdə qeydə alınmış ən yüksək istilik görülüb (134 Faranheyt, yəni 56,7 Selsi dərəcə). Nə qədər güclü biri olduğunuzun önəmi yoxdur, alov kimi yanan Günəş və Ölüm Vadisinin qovurucu istiliyi çox sürətli şəkildə yorulmağınıza səbəb olacaq. Su olmadan burada sadəcə 14 saat həyatda qala bilərsiniz.

 

Danakil səhrası, Eritreya

 

Afrikadakı Danakil səhrasında adətən 50 dərəcədən çox istilik olur.

Çox insan böyük ehtimalla bu qorxunc yeri “Yerdəki cəhənnəm” olaraq adlandırsa da, bura ancaq hələ də bir çox cəsur macerasevərin marağına səbəb olur. Amma unutmayın ki, Danakil səhrasında təcrübəli bir bələdçi olmadan tək başınızıa gəzməyiniz qadağandır.

 

Vasinqton dağı, ABŞ

 

Vaşinqton dağının zirvəsi, Yer üzündəki ən sürətli əsən külək rekorduna sahibdir. Burada qeydə alınmış ən yüksək sürət saatda 203mildir (327km/saat). Ancaq bu bölgədə narahat doğuracaq hadisə qüvvətli külək deyil. Burada havanın soyuqluğu -40 dərəcəyə qədər düşə bilir və davamlı yağan şiddətli qar, Vaşinqton dağını çox təhlükəli bir yer halına gətirir. Vaşinqton dağı yüksək olmamasına baxmayaraq (6288fut, 1917 metr)dünyanın ən çox ölümcül zirvələrindən biridir. Bu dağın zirvəsində bir insanın məruz qaldığı yük, Everest zirvəsində məruz qalınan yüklə müqayisə olunur.

 

Sinabunq yanardağı, İndoneziya

 

Bu aktiv yanardağ, İndoneziyanın Sumatra adasında yerləşir. Burada tez-tez minlərlə insanı evsiz və qidasız qoyan partlamalar olur. Yaxınlıqdakı qəsəbələr bir neçə dəfə tamamən lava və kül ilə örtülüb (2010, 2013, 2014 və 2015-də).

Ən son partlama 27 Fevral 2016-cı ildə gerçəkləşib. Bu püskürmə ölümcül bir vulkanik qaz buludunu, qayaları və külləri 2500 metr yüksəkliyə qədər atıb. Ve heç kim burada sabah nə olacağını bilmir.

 

 

İlha da Queimada Grande (İlan Adası), Braziliya 

 

Braziliya sahilinin bir yerində olan bu ada, hamı tərəfindən dünyadakı ən təhlükəli yer olaraq bilinir. Səbəbi isə olduqca sadədir: ada dünyadakı ən zəhərli ilanlardan biri olan Bothrops ilə doludur. Araşdırmacılar bu adada hər kvadratmetrə 5 ilan düşdüyünü təxmin edir. Bu ölümcül yırtıcılara anidən məğlub olan insanlarla bağlı bir çox hekayə var. Bu hekayələrdən biri də bir ilan tərəfindən hücuma məruz qalıb ölən dəniz mayakı qoruqçusu ilə bağlıdır. Bu fəlakətdən sonra Braziliya hökuməti buraya ayaq basmağı qadağan edib.

 

 

Madidi Beynəlxaq Parkı, Boliviya

 

Bura ilk baxışdan çox təhlükəli görünür, əslində isə çox təhlükəlidir. Niyə? Çünki bura dünyadakı ən zəhərli və hücum edən bitki örtüyünə ev sahibliyi edir. Bu parkda yetişən hər hansı bir bitkiyə təmas etmək şiddətli qaşıntı və baş gicəllənməsinə səbəb olur. Hər hansı bir kəsik və ya kiçik bir yara belə tropik parazitlər səbəbi ilə iltihaba səbəb olur.

 

Ölüm vadisi, Kamçatka, Rusiya 

 

Rusiyanın uzaq qərbindəki Kamçatka yarımadasının da bir Ölüm vadisi var və bu vadi Qayzer vadisindən çox da uzaq deyil. Bu bölgə olan zəhərli qazlar yaşayan hər canlı üçün üçün təhlükədir. Bitkilər və heyvanlar sürətli şəkildə  ölür, insanlara isə özünü pis hissetmə, qızdırma, baş gicəllənməsi və üşütmə kimi təsirləri olur.

 

Atol, Marşall adaları 

 

Okeanın ortasındakı bu ada cənnətə bənzəyir. Ancaq bu gözəl adada keçirilən nüvə  testləri buranı radioaktiv bir səhraya çevirib. Adada yaşayan  insanlar evlərini tərk etməyə məcbur olublar və bu gün də yaşayan orqanizmlər üçün təhlükəli bir haldadır. Burada qeydə alınan yüksək səviyyəli radiasiya xərçəngin yaranmasına səbəb olur. 

 

Afar çuxuru, Efiyopiya 

 

Efiyopiyanın Afar bölgəsindəki Erta Ale yanardağı dünyadakı ən təhlükəli yanardağlardan biridir. Bölgədə davamlı kiçik zəlzələlər olur və saysız çatlar meydana gəlir. Bunun səbəbi isə Erta Alenin zirvəsindəki kraterdəki iki lava gölünün yerləşməsidir. Bu göllərin içindəki lavanın miqdarı davamlı dəyişir və bu da Yer üzünün yuxarı və aşağı doğru yellənməsinə səbəb olur.

 

 

Natron Gölü, Tanzaniya

 

Dünya ətrafından bir yerin mənzərəsi kimi görünə bilər, amma əslində bu real şəkil Tanzaniyadakı Natron Gölünə aiddir. Gölün üzərindəki duz qabığı o qədər təhlükəlidir ki, təmas edən hər canlı ölür. Bu səbəblə bu göldə üzmək qadağandır. Onsuz da gölün üzündən yayılan qüvvətli hidrogen sulfid qoxusu bu möhtəşəm uzun müddət baxmanıza izin verməyəcək.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?