Modern.az

Albaniya Prezidenti İlham Əliyevə təşəkkür etdi

Albaniya Prezidenti İlham Əliyevə təşəkkür etdi

Aktual

24 Sentyabr 2025, 18:17

Ermənistanla əldə edilmiş tarixi sülhə görə Azərbaycan Prezidenti İlham Əliyevə xüsusi təşəkkürümü bildirmək istəyirəm.

 

Modern.az xəbər verir ki, bu sözləri Albaniya Prezidenti Bayram Beqay BMT Baş Assambleyasının 80-ci sessiyası çərçivəsində Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçirilən “Çoxtərəflilik yolayrıcında: Çağırışlar və sülhə gedən yol” adlı yan tədbirdə çıxışı zamanı deyib.

 

“Bu onu göstərir ki, ən dərin münaqişələr belə, dialoq və əzmkarlıqla, barışıq və davamlı sülhə inanan ABŞ kimi tərəfdaşların dəstəyi ilə həll edilə bilər”, - deyə Albaniya Prezidenti vurğulayıb. (Mənbə: AZƏRTAC)

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiya BOMBARDMANÇILARI havaya qalxdı - Bu ölkələrə hücum!