Modern.az

Gənc əsgərlər and içdi - FOTO+VİDEO

Gənc əsgərlər and içdi - FOTO+VİDEO

10 Fevral 2019, 18:18

Fevralın 10-da Müdafiə Nazirliyinin tabeliyində olan hərbi hissə və birləşmələrdə gənc əsgərlərin andiçmə mərasimi keçirilib.


Müdafiə Nazirliyindən Modern.az-a verilən məlumata görə, bütün qoşun növlərində, hərbi birliklərdə, eləcə də digər təminat hərbi hissələrində təşkil edilmiş mərasimlərdə rituala uyğun olaraq döyüş bayrağı sıra meydanına gətirilərək Dövlət himni ifa edilib və tədbir açıq elan olunub.


Sonra gənc əsgərlər təntənəli surətdə hərbi andı qəbul ediblər.


Andiçmə mərasimlərində hərbi hissələrin komandanlığı, şəhid ailələrinin üzvləri,  yerli icra orqanları və ictimaiyyət nümayəndələri, veteranlar, əsgər valideynləri iştirak ediblər.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rus kəşfiyyatının MƏXFİ SƏNƏDİ - Bu ölkəni işğal edək