Modern.az

NATO ölkələri Rusiya təyyarələrini vurmalıdır - TRAMP

NATO ölkələri Rusiya təyyarələrini vurmalıdır - TRAMP

Dünya

23 Sentyabr 2025, 22:11

ABŞ Prezidenti Donald Tramp NATO ölkələrinin hava məkanına daxil olan Rusiya təyyarələri ilə bağlı açıqlama verib.

Modern.az xəbər verir ki, jurnalistin sualına cavab olaraq Tramp bildirib:

"Bəli, mən elə düşünürəm. NATO ölkələri öz hava məkanına girən Rusiya təyyarələrini vurmalıdır".

Ondan ABŞ-ın belə situasiyada dəstək verib-verməyəcəyi də soruşulub. Tramp isə bunun konkret vəziyyətdən asılı olacağını deyib:

"Bu, şəraitdən asılıdır", – prezident vurğulayıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!