Modern.az

Bakıda 16 yaşlı qıza böyrək köçürülüb

Bakıda 16 yaşlı qıza böyrək köçürülüb

Aktual

4 İyun 2019, 11:33

Növbəti uğurlu böyrəkköçürmə əməliyyatı Respublika Müalicəvi Diaqnostika Mərkəzinin (RMDM) “Böyrək xəstəlikləri və transplantologiya” şöbəsinin müdiri, cərrah-uroloq, transplantoloq, t.ü.f.d. Rəşad ŞOLANın rəhbərliyi ilə həyata keçirilib.

 

Modern.az-a verilən məlumata görə, pasiyent uşaqlıqdan xroniki böyrək çatışmazlığından əziyyət çəkib. Böyrək transplantasiyası əməliyyatı üçün Səhiyyə Nazirliyinin xətti ilə Respublika Müalicəvi Diaqnostika Mərkəzinə yönləndirilən xəstənin donoru atası olub.

 

Cərrahın bildirdiyinə görə, əməliyyatın mürəkkəbliyi qızın damarlarının transplantasiya əməliyyatı üçün risk yaradacaq qədər incə olmasında idi: “Bütün çətinliklərə baxmayaraq, cərrah və nefroloqlardan ibarət komandamızın gərgin əməyi sayəsində əməliyyat uğurla keçdi. Pasiyent və donor tamamilə yaxşı vəziyyətdə evə yazıldılar. Hazırda köçürülmüş böyrək normal fəaliyyət göstərir.”

 

Qeyd etmək lazımdır ki, Rəşad ŞOLAN urologiya və transplantologiya sahəsində yüksəkixtisaslı, peşəkar cərrah kimi tanınır.

 

Whatsapp
Bizə yazın!
Keçid et
TÜRK DEVLETLERİ ülkeleri arası VİZESİZ dolaşım ne zaman?